Sizinlə qürur duyuruqAzərbaycan İqtisad Universitetinin Nəzdində Sosial-İqtisadi kollecin direktoru Vidadi Orucov, məktəbin məzunu Məmmədli Ruzi Elşən qızının təhsil aldığı kollecdə yüksək nəticələr göstərməsi münasibıtilə, direktoru Yasin Quliyevə "Təşəkkür" məktubu göndərib.
“Təhsil millətin gələcəyidir!”Bakı Gənclər Mərkəzində 2022-2023-cü tədris ilinin yekununa həsr olunan Təhsil konfransı keçirilib.
Konfransda Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyev, millət vəkilləri Fazil Mustafa və Əliabbas Salahzadə, Sabunçu RİH başçısı Aparatının məsul əməkdaşları,rayonun təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, ali məktəblərə qəbul imtahanında yüksək nəticələr göstərən məzunlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda 2022-2023-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında Sabunçu rayonu üzrə ən yüksək nəticələr göstərən məzunlara Sabunçu RİH tərəfindən hədiyyələr təqdim olunub. Həmçinin 2022-2023-cü tədris ilinin nəticələrinə görə fərqlənən təhsil işçiləri, o cümlədən 71 nömrəli tam orta məktəbin Fizika müəllimi, 11A sinif rəhbəri Afaq Nəbiyeva Sabunçu RİH başçısının Fəxri Fərmanı ilə təltif olunublar.
Yüksək bal toplayan məzunumuzMəktəbin 11 B sinif şagirdi Sadıqova Fidan Seymur qızı 600 baldan yuxarı nəticə göstərərək məktəb birincisi olmuşdur. Bu münasibətlə o, Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş "Təhsil Konfransı"na dəvət olunmuşdur. Məktəbin direktoru Yasin Quliyev başda olmaqla bütün kollektiv adından Fidanı təbrik edirik, bundan sonra da uğurlar qazanmağı arzulayırıq.