Nailiyyətlərimiz

11 A sinif şagirdlərinin uğuru2022/2023-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanında məktəbin 11"A" sinfinin bütün şagirdləri yüz faizlik nəticə göstərərək tələbə adını qazanıblar. Bu uğurun əldə edilməsində böyük zəhməti olan məktəbin direktoru Yasin Quliyev başda olmaqla,sinif rəhbəri Afaq Nəbiyevanı və bütün şagird və müəllim heyətini ürəkdən təbrik edirik! Yolunuz hər zaman uğurla davam etsin əziz məzunlarımız!!!

“Biliyini paylaş” layihəsinin iştirakçıları təltif olunubBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Biliyini paylaş” layihəsinin iştirakçıları mükafatlandırılıb. Mükafatlandırma tədbirində BŞTİ-nin müdiri Mehriban xanım  Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, layihənin iştirakçısı olan mentor müəllimlər iştirak ediblər.    Mükafatlandırılan müəllimlər sırasında məktəbimizin ibtidai sinif müəllimi İsmayılova Əsmayə də yer almışdır və  “Təşəkkürnamə” ilə təltif olunmuşdur. Məktəbin direktoru Yasin Quliyev müəllimimizi kollektiv adından təbrik etmiş, ona gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

“Zəfər” məktəblilərarası I tarix olimpiadasının iştirakçısı olmuş şagirdimiz "Tərifnamə"ilə təltif olunubAzərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31.10.2022-ci il tarixli F-362 nömrəli əmri  əsasında “Zəfər” məktəblilərarası I tarix olimpiadasının iştirakçısı olmuş X a sinif şagirdi Xanvəliyeva Nuranə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Tərifnamə"yə layiq görülmüşdür.      Məktəbin direktoru Yasin Quliyev bütün kollektiv adından  şagirdimizi təbrik etmiş və ona bundan sonra da daha yüksək uğurlar qazanmağı arzulamışdır.

HAQQIMIZDA

Bakının Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na u...

BİZİM FƏXRLƏRİMİZ

Zemfira Qasımova Əhməd

Aytac Fərzalıyeva Bayram

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi