“20 Yanvar faciəsi xalqımızın azadlıq yolunun açarıdır"Məktəbimizin 10 - cu sinif şagirdləri arasında keçirilən “20 Yanvar faciəsi xalqımızın azadlıq yolunun açarıdır" adlı inşa müsabiqəsinin qalibləri -
Hüseynli Toğrul, Hümbətova Səbinə, Verdiyeva Aydan, Əlizadə Fidan, Vəliyeva Aysel, Həsənov İmaməli Sabunçu rayonu Gənclər və İdman idarəsinin nümayəndəsi Elnarə xanım Məmmədova tərəfindən diplomla mükafatlandırılmışlar. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova şagirdləri məktəbin direktoru başda olmaqla bütün kollektiv adından təbrik etmiş və onlara bundan sonra da bol -bol uğurlar qazanmasını arzulamışdır.
Uğurun idmanda uğuruMəktəbin 4 c sinif şagirdi Cəfərli Uğur Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən Tamblinq idman növü üzrə yarışda II yerə layiq görüldüyünə görə Diplom və gümüş medalla mükafatlandırılıb. Məktəbin direktoru Yasin Quliyev şagirdimizi təbrik edərək ona bundan sonra da uğurlar qazanmağı arzulamışdır.
Müəllimimizin uğuru"Sağlam bədəndə sağlam ruh"-2022 gənc müəllimlər arasında keçirilən mini futbol turnirində məktəbimizi fiziki tərbiyə müəllimi Elmar İmanov təmsil etmişdir və bu turnirdə onun məşqçisi olduğu komanda 1-ci yeri qazanaraq diploma layiq görülmüşlər. Məktəbin direktoru Yasin Quliyev başda olmaqla bütün kollektivimiz adından Elmar müəllimi təbrik edirik, daha böyük uğurlar arzulayırıq.