"Qarabağ Azərbaycandır - İşğaldan azad olmuş torpaqlarımız" mövzusunda inşa yazı müsabiqəsinin qalibiBakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən Bakı şəhər orta məktəb şagirdləri arasında "27 sentyabr- Anım günü" münasibətilə "Qarabağ Azərbaycandır - İşğaldan azad olmuş torpaqlarımız" mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Məktəbimizin 8 a sinif şagirdi İmaməliyeva Minayə bu müsabiqədə "Fərqlənmə" diplomu ilə təltif olunmuşdur. Şagirdimizi bu münasibətlə təbrik edir, ona uğurlar arzulayırıq.
Şagirdimiz inşa müsabiqəsində qalib gəlibSabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Qarabağ Azərbaycandır!” adlı inşa yazı müsabiqəsində məktəbin 8 a sinif şagirdi İmaməliyeva Minayə II yerə layiq görülüb və diplomla mukafatlandırılıb. Şagirdimizi bu münasibətlə təbrik edir və ona bundan sonra da bol-bol uğurlar arzulayırıq.
Şagirdlərimizin uğuru2022-ci il Şuşa ilinə həsr olunmuş "Şuşa qəhrəmanları" yaradıcılıq sərgisində məktəbin 7 a sinif şagirdi Minayə İmaməliyeva, 9 ə sinif şagirdi Əfsanə Nərimanova, 9 b sinif şagirdi Eldar Mirəliyev fəal iştirak etdiklərinə görə, "Təşəkkürnamə" ilə təltif olunmuşlar. Məktəbin direktoru Yasin Quliyev bu münasibətlə onları təbrik etmiş, uğurlar arzulamışdır.