"Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsiBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş “Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinin solo ifa kateqoriyası üzrə qalibləri bəlli olub.
Müsabiqədə fərqlənən məktəbimizin 6 "ç" sinif şagirdi Melisa Sərsəm "Tərifnamə"yə layiq görülüb. Şagirdimizi təbrik edirik və uğurlar arzulayırıq.
ʽʽXOCALI SOYQIRIMINI UNUTMAʼʼ RƏSM MÜSABİQƏSİ Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş ʽʽXocalı soyqırımını unutmaʼʼ mövzusunda Sabunçu rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsində fərqləndiklərinə görə məktəbimizin V ç sinif şagirdi Dəniz Hümbətova, V ç sinif şagirdi Badam Kərimova,IX b sinif şagirdi Şahin Bayramov və IX ç sinif şagirdi Rüfanə Ağazadə Diplomla mükafatlandırılıblar.
Şagirdimizin uğuru Məktəbin 10 c sinif şagirdi Xədicə Mirəliyeva Bakıda keçirilən Uşaq və Yeniyetmələrin VI "Saf rənglər" Beynəlxalq Rəsm Yaradıcılıq Festivalında iştirak etmiş və yaradıcılıq uğurlarına görə medal, diplomla mükafatlandırılmışdır. Xədicəni təbrik edirik və uğurlar arzulayırıq.