Nailiyyətlərimiz

Cüdo üzrə qalibimizIV "g" sinif şagirdi Osman Osmanov cüdo idman növü üzrə Türkiyədə keçirilən beynəlxalq turnirdə iştirak etmişdir. Yarışda qalib gələrək, I yerə çıxdığına görə qızıl medalla mükafatlandırılmışdır.

CÜDO üzrə qalibimizXI a sinif şagirdi Əlizadə Əli Cəbrayıl oğlu Rusiya Federasiyasının Dərbənd şəhərində keçirilən Cüdo üzrə yarışda iştirak etmişdir. Yarışda I yerə çıxdığına görə qızıl medal, kubok və Diplomla mükafatlandırılmışdır. Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş Cüdo idman növü üzrə açıq Respublika turnirində 66 kq. çəki dərəcəsində 2 yerə layiq görüldüyü üçün gümüş medal və Diplomla təltif olunub. Məktəbin direktoru Yasin Quliyev XI sinif şagirdi Əli Əlizadəni təbrik etdi və gələcək yarışlarda da uğurlar arzuladı.

"Gələcəyin sağlam bələdçiləri" layihəsini və "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyinin ilk könüllüsü11 c sinif şagirdi Əhmədova Bahar Babək qızı, Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Gələcəyin sağlam bələdçiləri" layihəsini uğurla başa vurduğuna və "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyinin ilk könüllüsü olduğuna görə Sertifikatla təltif olunub.

HAQQIMIZDA

Bakının Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na u...

BİZİM FƏXRLƏRİMİZ

Nazpəri Gəncalı Əfsələddin

Nuranə Əhmədli Vidadi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi