Cüdo üzrə qalibimiz Məktəbimizin XI "a" sinif şagirdi Əlizadə Əli Cəbrayıl oğlu cüdo idman növü üzrə 66 kiloqram çəki dərəcəsində Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində keçirilən yarışda I yerə çıxmışdır. Qızıl medal və Diplomla mükafatlandırılıb.
Şagirdimizə gələcək yarışlarda da uğurlar arzulayırıq.
Şagirdimizin uğuruMəktəbimizin III "a" sinif şagirdi Qulu Məhəmmədəli Azər oğlu Ağ Top Şahmat klubunda "Milli Dirçəliş" gününə həsr olunmuş şahmat idman növü təsnifat turnirində iştirak etmişdir. Yarışda qalib gələrək I yer tutduğuna görə, Diplom, medal, kubok və hədiyyə ilə mükafatlandırılmışdı. Şagirdimizə uğurlar arzu edirik.
Bədii gimnastika üzrə qalibimiz Məktəbimizin 6 "f" sinif şagirdi Xədicə Mahmudzadə 5 ildir yüngül atletika- gimnastika idman növü ilə məşğul olur. Xədicə ölkədaxilində keçirilən yarışlarda iştirak edib. Dəfələrlə uğurlu nəticə əldə edib. Çoxlu sayda Diplomlarla təltif edilib. Xədicənin arzusu ölkəmizi dünyada layiqincə təmsil etməkdir.
Noyabr ayının 15-də Bakıda bədii gimnastika üzrə keçirilmiş “II Victory and Aquatic Palace cup” Beynəlxalq gimnastika turnirində iştirak etmişdir. Yarışda qalib gələrək l yerə çıxdığına görə sertifikatla mükafatlandırılmışdı.
Məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və sinif rəhbəri İlahə Əlili, Xədicəni təbrik etdilər. Ona uğurlar arzuladılar.