Şagirdimizin uğuruMəktəbimizin 10 c sinif şagirdi Mirəliyeva Xədicə Gülağa qızı "Azərbaycan gəncləri narkotiklərə yox deyir" mövzusunda keçirilən rəsm müsabiqəsində iştirak etmişdir. Rəsm müsabiqəsində Fərqləndiyininə görə diplomla təltif edilmişdir.
Cüdo üzrə qalibimizIV "g" sinif şagirdi Osman Osmanov cüdo idman növü üzrə Türkiyədə keçirilən beynəlxalq turnirdə iştirak etmişdir. Yarışda qalib gələrək, I yerə çıxdığına görə qızıl medalla mükafatlandırılmışdır.
CÜDO üzrə qalibimizXI a sinif şagirdi Əlizadə Əli Cəbrayıl oğlu Rusiya Federasiyasının Dərbənd şəhərində keçirilən Cüdo üzrə yarışda iştirak etmişdir. Yarışda I yerə çıxdığına görə qızıl medal, kubok və Diplomla mükafatlandırılmışdır.
Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş Cüdo idman növü üzrə açıq Respublika turnirində 66 kq. çəki dərəcəsində 2 yerə layiq görüldüyü üçün gümüş medal və Diplomla təltif olunub.
Məktəbin direktoru Yasin Quliyev XI sinif şagirdi Əli Əlizadəni təbrik etdi və gələcək yarışlarda da uğurlar arzuladı.