"Gələcəyin sağlam bələdçiləri" layihəsini və "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyinin ilk könüllüsü11 c sinif şagirdi Əhmədova Bahar Babək qızı, Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Gələcəyin sağlam bələdçiləri" layihəsini uğurla başa vurduğuna və "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyinin ilk könüllüsü olduğuna görə Sertifikatla təltif olunub.
Kick Boks üzrə qalibimizSabunçu rayon açıq birinciliyində , Şəhid Nəciməddin Savalanovun xatirəsinə həsr edilmiş Kick boks üzrə yarışda , 10 ç sinif şagirdi Hüseynova Leyla Zülfüqar qızı iştirak etmişdir. Yarışda qalib gələrək 1 yerə laiq görüldüyünə görə qızıl medal və Diplomla mükafatlandırılmışdır.
CÜDO VƏ KARATE ÜZRƏ QALİBLƏRİMİZ4 g sinif şagirdi Əsgərov Əkbər Nəsimi oğlu CÜDO üzrə "Əhmədli" İ.K-nun açıq birinciliyində 2010-2011-ci il təvəllüdlü cüdoçular arasında 34 kq çəki dərəcəsində II yerə layiq görüldüyünə görə gümüş medal və Diplomla təltif olunub ,
Abbasov Ülvi Məhəmməd oğlu Azərbaycan Respublikası Kyokuşinkaykan Karate və Ciyutaido Federasiyasında Ciyutaido idman növünün klublar arası (uşaqlar və yeniyetmələr) Turnirində 44 kq çəkidə II yerə tutduğuna görə gümüş medal və Diplomla mükafatlandırılmışdır.
Şagirdlərimizə gələcək yarışlarda uğurlar arzulayırıq.