Nailiyyətlərimiz

Məktəbimiz növbəti uğuru qazanıbBakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında aprel - may aylarında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi referat müsabiqəsinin kitab təqdimatı keçirilmişdir. Ümumilikdə, Bakı şəhərinin 300-dən artıq orta məktəbini və 3000-dən çox şagirdinin iştirak etdiyi müsabiqədə paytaxtın hər rayonundan 5 referat olmaqla 60 iş komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib. Müsabiqənin Bakı şəhəri üzrə qaliblərindən biri, 11"A" sinif şagirdi Xanvəliyeva Nuranə Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının əmrinə əsasən xüsusi Sertifikatla təltif olunmuşdur. Referatın hazırlanmasında elmi məsələlər üzrə əziyyəti olan, tarix müəllimi Gülnaz Quliyevaya və şagirdimizə bundan sonra da daha böyük uğurlar qazanmağı arzu edirik. Qalibiyyət münasibətilə bütün 71 ailəsini səmimi qəlbdən təbrik edirik!

"Kiçik Akademiya"Dekabrın 6-sı 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə təşkil olunmuş II mərhələ üzrə rayon konfransının qalibləri, fərqlənənləri və iştirakçılarının təltifetmə mərasimi keçirilmişdir. Konfransın qalibləri, fərqlənənləri və iştirakçıları Mərkəz məktəbin rəhbərliyi tərəfindən Diplom və Təşəkkürnamə ilə təltif olundular. Təltif olunmaq üçün tədbirə 71 nömrəli məktəb üzrə "Kiçik Akademiya"nın rəhbəri Alidə Şükürova və 10 a sinif şagirdi Rinat Mehdixanlı dəvət olunmuşdular. Şagirdimiz" Diplom"la mükafatlandırılmışdır.

Təşəkkür məktubu193 nömrəli hərbi hissənin komandiri polkovnik Oruc Abdullayev, 2021-2022-ci tədris ililnin məzunu Məhərrəmov Çingiz Namiq oğlunun hərbi hissədə göstərdiyi nailiyyətlərə görə, məktəbin direktoru Yasin Quliyevə "Təşəkkür" məktubu göndərib.

HAQQIMIZDA

Bakının Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na u...

BİZİM FƏXRLƏRİMİZ

Azadə Məmmədzadə Zaur

Fidan Abışsoy Nail

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi