Şagirdimiz Cüdo idman növü üzrə gümüş medal qazanıbMəktəbin 7 ç sinif şagirdi Həsənov İsmayıl Məzahir oğlu Goranboy rayonunda keçirilən dörd ölkənin idmançılarının iştirak etdiyi Cüdo idman növü üzrə Beynəlxalq turnirdə ll yeri qazanaraq gümüş medalla təltif olunmuşdur. Şagirdimizin bu uğurlarını yüksək qiymətləndirən məktəbin direktoru Yasin Quliyev bütün kollektivimiz adından onu təbrik etmiş və bundan sonra da daha böyük nailiyyətlər qazanmasını arzulamışdır.
“eTwinning Azərbaycan”eTwinning layihəsi çərçivəsində şagirdlər üçün ənənəvi olaraq növbəti müsabiqə keçirildi.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə tənqidi düşüncə, təhliletmə bacarıqları, etibarlı mənbələrə əsaslanmaq, dəlillərlə işləmək bacarıqlarını formalaşdırmaq və aşkar etmək idi.
İlkin mərhələdə istənilən yaş qrupuna aid olan şagirdlər fərdi və qrup şəklində “Robotlar həyat tərzimizi dəyişir” mövzusu üzrə araşdırma edərək təsdiqedici və ya təkzibedici arqumentlər hazırlamalı idilər. Məktəbimizin bir neçə şagirdi komanda və fərdi nominasiyalar üzrə sözügedən müsabiqəyə müraciət edərək iştirakçı sertifikatları alıblar . Sertifikatları şagirdlərə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, ingilis dili müəllimi, həm də
eTwinning səfiri İlahə Quliyeva təqdim etmişlər.
Şagirdlərimizi təbrik edir onlara yeni nailiyyətlər diləyirik.
Şagirdlərimizin uğuruMəktəbimizin 8 şagirdi Respublika Fənn müsabiqəsinin rayon(şəhər) mərhələsindən uğurla keçərək yarımfinal turuna vəsiqə qazanıblar.
Bu münasibətlə məktəbin direktoru Yasin Quliyev şagirdlərlə görüşüb və onları təbrik edərək növbəti mərhələdə də uğur qazanmalarını arzulayıb.