Nailiyyətlərimiz

Şagirdimiz beynəlxalq platformada uğur qazanıb  Məktəbimizin IX  "C" sinif şagirdi Əmiraslanlı Şəhrəzad  Dünyanın 40-dan artıq ölkəsinin iştirak etdiyi, 2023 -cü ildən etibarən Azərbaycanda da fəaliyyətə başlayan  FİSO- “Future Intelligence Students Olympiad” olimpiadasında qatıldığı ingilis dili  fənni üzrə uğur qazanmışdır.  FISO Beynəlxalq İngilis Dili Olimpiadası, şagirdlərin ingilis dili bacarıqlarını beynəlxalq səviyyədə sınamaq və inkişaf etdirmək üçün əhəmiyyətli bir platformadır.   Bu platformada şagirdimizin bu gözəl nailiyyəti onun ingilis dili sahəsindəki dərin biliyinin və əzmkarlığının göstəricisidir.  Gələcəyin zəkalı şagirdləri olimpiadasının milli seçimlərində ən yüksək nəticəsinə görə sertifikatla təltif edilən Şəhrəzadı məktəbin direktor əvəzçisi Zərifə Cəfərova da təbrik etmiş və ona uğurlar arzulamışdır.

“Azadlıq mübarizəsi” adlı rəsm sərgisi keçirilib16 yanvar 2025-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə gənclər və idman sektoru- Sabunçu Gənclər Evində 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş “Azadlıq mübarizəsi” adlı rəsm sərgisi təşkil olunmuşdur. Məktəbin 8"A"sinif şagirdləri Qafarlı Aylin, Feyziyeva Zeynəb , İsmayılova Nəzrin UBTR Aynurə Qasımovanın rəhbərliyi ilə çəkdikləri rəsm əsərləri ilə bu sərgidə iştirak etmişlər. Sərgidə fəal iştiraklarına görə, şagirdlərimiz təşkilatçılar tərəfindən "Sertifikat"la təltif olunublar. Məktəbin direktor əvəzçisi Zərifə Cəfərova bu münasibətlə şagirdlərimizi təbrik edərək onlara uğurlar arzulayıb.

Şagirdimizin uğuruElm və Təhsil Nazirliyinin əmri ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin final mərhələsində məktəbin 5"D" sinif şagirdi Kəsəmənli Ayla 6-10 yaş qrupunda "Bədii qiraət "nominasiyası üzrə II yerə layiq görülərək təhsil naziri cənab Emin Əmrullayev tərəfindən "Fəxri-Fərman"və hədiyyə ilə təltif olunmuşdur.        Məktəbin direktor əvəzçisi Zərifə Cəfərova balaca Aylanı bütün məktəb kollektivi adından  təbrik etmiş və ona bundan sonra da daha yüksək nailiyyətlər qazanmağı arzulamışdır.Ayla Kəsəmənlini sinif rəhbəri Arzu Cəfərova da təbrik etmiş və bu uğurlarının davamlı olmasını diləmişdir.

HAQQIMIZDA

Bakının Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na u...

BİZİM FƏXRLƏRİMİZ

Azadə Məmmədzadə Zaur

Ülviyyə Qarazadə Əzizağa

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi