Nailiyyətlərimiz

İdmançı şagirdlərimizin növbəti nailiyyətiGənclər və İdman Nazirliyi, Bakı Abadlıq xidmətinin təşkilatçılığı, AFFA-nın dəstəyi ilə keçirilən Bakının 32 kənd və qəsəbəsinin uşaq futbol komandaları arasında keçirilən futbol turnirində iştirak edən "Zabrat" komandası qrup mərhələsində inamla çıxış edərək 8/1 mərhələsinə vəsiqə qazanmış və 21/04/2024-cü il tarixdə keçirilən oyunda maştağalı həmyaşıdlarına qalib gələrək 4/1 final mərhələsinə keçmişlər. Xatırladaq ki, komandanın baş məşqçisi məktəbimizin Fiziki tərbiyə müəllimi Elmar İmanovdur. Bu münasibətlə Elmar müəllimi təbrik edir və növbəti mərhələdə ona və şagirdlərimizə uğurlar arzu edirik.

Şagirdimiz Beynəlxalq turnirdə gümüş medal qazanıbMəktəbin 8 e sinif şagirdi Məmmədov İsmayıl Ənvər oğlu Türkiyədə keçirilən beynəlxalq idman turnirində ll yeri qazanaraq gümüş medalla təltif olunmuşdur. Şagirdimizin bu uğurlarını yüksək qiymətləndirən məktəbin direktoru Yasin Quliyev bütün kollektivimiz adından onu təbrik etmiş və bundan sonra da yeni-yeni uğurlar qazanmasını arzulamışdır.

Şagirdimiz Cüdo idman növü üzrə gümüş medal qazanıbMəktəbin 7 ç sinif şagirdi Həsənov İsmayıl Məzahir oğlu Goranboy rayonunda keçirilən dörd ölkənin idmançılarının iştirak etdiyi Cüdo idman növü üzrə Beynəlxalq turnirdə ll yeri qazanaraq gümüş medalla təltif olunmuşdur. Şagirdimizin bu uğurlarını yüksək qiymətləndirən məktəbin direktoru Yasin Quliyev bütün kollektivimiz adından onu təbrik etmiş və bundan sonra da daha böyük nailiyyətlər qazanmasını arzulamışdır.

HAQQIMIZDA

Bakının Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na u...

BİZİM FƏXRLƏRİMİZ

Nəzrin Əhmədli Elxan

Nazpəri Gəncalı Əfsələddin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi