Şagirdlərimizin beynəlxalq platformada uğurları davam edirMəktəbin 2 "C"sinif şagirdi Aydan Nəzərli Fiso Beynəlxalq Məntiq Olimpiadasının respublika turunda gümüş medal, İMEC Beynəlxalq Riyaziyyat Olimpiadasının respublika turunda burunc medal qazanmışdır.Bununla da o,Dubay və Sidneydə təşkil olunan qlobal mərhələdə- yəni final turunda iştirak hüququ qazanmışdır.Məktəb rəhbəri Zərifə Cəfərova balaca fidanımızı bütün kollektiv adından təbrik etmiş,ona növbəti mərhələlərdə də uğurlar arzulamışdır.
Məktəbimizin müəllimi “Yaradıcı müəllim” müsabiqəsinin qalibi olduBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin qalibləri məlum olub.Qaliblər sırasında yer alan məktəbimizin ingilis dili müəlimi İlahə Quliyeva lll yerə layiq görülmüşdür. Məktəbin direktor əvəzi Zərifə Cəfərova başda olmaqla bütün kollektivimiz adından müəlliməni təbrik edirik,daha böyük uğurlar arzulayırıq.
Şagirdlərimiz Beynəlxalq layihədə uğur qazanıblarMəlum olduğu kimi, Elm və Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin və müəllimlərinin beynəlxalq layihə proqramlarında iştirakını təmin edən layihələr üzərində işini aktiv olaraq davam etdirir. 2005-ci ildə yaradılan eTwinning layihəsi də Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsidir. İnkişaf etmiş Avropa məktəblərinin aktiv iştirakçısı olduğu bu layihəyə Azərbaycan 2013-cü ildə qoşulmuşdur. Layihə çərçivəsində Azərbaycan məktəbləri və şagirdləri Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanır.
eTwinning Plus layihəsi çərçivəsində müəllim və şagirdlər XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak edirlər. Azərbaycan məktəblərinin "eTwinning Plus” layihəsinindəki fəaliyyəti birbaşa Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.
Bu il Azərbaycan üzrə 253 müəllim Avropa Keyfiyyət Nişanına layiq görülüb. Məktəbimizin xarici dil müəllimi İlahə Quliyeva və şagirdlərimiz "AI Scholars" və "European Culture" layihələri üzrə fəal iştirak edərək bu qaliblər arasındadırlar.
Məktəbin direktor əvəzi Zərifə Cəfərova bu münasibətlə müəllimi və şagirdləri təbrik etmiş,onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.