"Kiçik Akademiya"nın "Novruz gəlir,yaz gəlir" adlı tədbiri keçirilib

2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planınə əsasən 15.03.2024 cü il tarixində "Kiçik Akademiya"nın rəhbəri Alidə Şükürova 5 a sinfində “Novruz gəlir , yaz gəlir ! “ adlı Novruz bayramına həsr edilmiş sinif daxili tədbir keçirmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Ardınca uşaqlar şeirlər söyləyib , mahnılar ifa edib , səhnəciklər göstərərək haxıştalar söylədilər. Novruz bayramının əsas personajları olan Bahar qızı, Keçəl , Kosa öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar,onlar müəllimləri və şagirdləri salamlayaraq qarşıdan gələn bayramlarını təbrik etmişlər. Tədbirdə Uşaq birliyi rəhbəri Günay Həsənli və KA -nın bəzi kafedra üzvləri də iştirak etmişlər .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi