“Kiçik Akademiya”nın üzvləri arasında tədqiqatçılıq müsabiqəsi keçirilib

Məktəbimizdə “Kiçik Akademiya”nın üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəb daxili seçim mərhələsi keçirildi. Müsabiqədə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, "Kiçik Akademiya" nın prezidenti Alidə Şükürova və kafedra müdirləri iştirak edirdi. Müsabiqənin məktəb daxili seçim mərhələsində VIII-X sinif şagirdləri təqdim olunan mövzular üzrə araşdırmalarını təqdim etdilər. Müsabiqədə X "b" sinif şagirdi Günay Həsənova “Plastik qablaşdırma tullantılarının orqanizmə mənfi təsiri " və ”X "a" sinif şagirdi Əli Həsənov “Alternativ və bərpa olunan enerjinin istifadəsi" mövzusunda hazırladığı tədqiqat işlərinə görə seçilərək müsabiqənin ikinci mərhələsinə keçdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi