"Kiçik Akademiya"nın konfransı keçirilib

Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2022/2023-cü tədris ili üzrə yekun hesabat konfransı keçirilib. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev 2022/2023-cü tədris ili ərzində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Yekun konfrans 4 hissədən ibarət təşkil olunub. Hər hissədə 44 məktəb üzrə şagirdlər humanitar, texniki, təbiət, fəlsəfə və.s məzmunlu araşdırma, elmi-tədqiqat işləri nümayiş etdiriblər. Konfransda "Kiçik Akademiya"nın Biologiya kafedrasının üzvü, 9F sinif şagirdi Rinat,Mehdixanlı “Nəqliyyatın havaya buraxdığı zərərli maddələrin miqdarına görə ekoloji vəziyyətin qiymətləndirilməsi" mövzusunda tədqiqat işi barədə məlumat verib. Bildirib ki, tədqiqat işi çərçivəsində kiçik bir ərazidə hərəkət edən nəqliyyat vasitələrinin havaya buraxdığı zərərli maddələrin miqdarını hesablayıb. Biologiya müəllimi və eyni zamanda tədqiqatın elmi rəhbəri Zərifə Cəfərovanın bələdçiliyi ilə aparılan tədqiqat işi münsiflər heyəti tərəfindən bəyənilərək Fəxri Fərmanla təltif olunub. Konfransın sonunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov konfransın işini qənaətbəxş hesab edərək gənc tədqiqatçılara uğurlar arzulayıb. Məktəb direktorları,direktor müavinləri, "Kiçik Akademiya" rəhbərləri, müəllimlər və şagirdlərin də iştirak etdiyi konfransda 71 nömrəli tam orta məktəb "Kiçik Akademiya" rəhbəri Alidə Şükürova və Uşaq Birliyi Təşkilatının rəhbəri Günay Həsənova təmsil edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi