"Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqə təşkil olunub

Dekabrın 28-i 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu ümumtəhsil müəssisələrinin Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə F-316 nömrəli əmrin II bəndini əsas tutaraq "Kiçik Akademiya"ların Azərbaycan dili və ədəbiyyat,  tarix kafedraları üzrə "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqə təşkil olundu. Müsabiqə başlamamışdan öncə, Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev müsabiqə iştirakçılarını salamlayaraq onlara uğurlar arzu etmişdir. Müsabiqə ərzində şagirdlərə Azərbaycan dili və ədəbiyyat üzrə 10 sual (5 qapalı, 5 açıq), tarix üzrə 10 sual (5 qapalı, 5 açıq) və sonda esse təqdim edilmişdir. Müsabiqədə ümumtəhsil müəssisələri üzrə 40-a yaxın məktəbdən 70-dən çox şagird komanda formatında iştirak etmişdir. Bu müsabiqədə məktəbimizi 11 b sinif şagirdləri Fidan Sadıqova və Gülnar Qənizadə təmsil etmişlər.Yekun nəticələrə əsasən I, II, III yerlər və fərqlənən məktəblər təyin olunacaqdır. Müsabiqə nəticələri 4 yanvar 2022-ci il tarixdən etibarən emal olunacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi