Şagirdimizin uğuru

Sabunçu Regional "Kiçik Akademiya"sının, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə 08 aprel-15 aprel tarixlərində Biologiya kafedraları üzrə keçirilən layihə müsabiqəsində iştirak etmiş 100-ə yaxın şagird arasında məktəbimizin VIII Ç sinif şagirdləri Həsənli Leyla, Əsədov Fərid və Məmmədova Rənanın hazırladıqları işlər fərqləndiyinə görə sertifikatla təltif olunmuşdur. Şagirdlərimizin hazırladıqları layihələrin elmi rəhbəri məktəbin biologiya müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Zərifədir. Daha böyük uğurlara imza atmaq diləyilə Zərifə müəllimə və şagirdlərimizə müvəffəqiyyətlər arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi