“Bayraq mənliyimdir, Bayraq kimliyim"

05.11.2022-ci il tarixində Kiçik Akademiyanın Humanitar fənlər kafedrasının üzvləri Mustafayeva Xəyalə və  Baxşəliyeva Xuraman 5 f sinfində 9 noyabr - Bayraq Günü münasibətilə “Bayraq mənliyimdir, Bayraq kimliyim" adlı tədbir hazırlamışdılar. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı, milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Bayraq bizim ən dəyərli atributlarımızdandır. 100 ildən artıq tarixi olan bayrağımız millətçiliyimizdə, mənəviyyatımızda mühüm rol oynayır. Tədbirin əsas mahiyyətini də bu mövzular təşkil etmişdir və şagirdlər mövzu üzrə şeirlər, səhnəciklər, müsiqi nömrələri ilə çıxış etdilər. Tədbirdə "KA"-nın rəhbəri Şükürova Alidə də iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi