ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLİB

  27 Oktyabr 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-136 nömrəli əmrinin II bəndinə əsasən Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın Azərbaycan dili və ədəbiyyat kafedralarının təşkilatçılığı ilə "Əhməd Cavad və onun yaradıcılığı" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorunun müdiri Sevinc xanım Rəsulova, inkişaf layihələri üzrə sektorun baş məsləhətçisi Sevinc xanım Əzimova, məktəb direktorları, KA prezidentləri, müəllimlər, şagirdlər iştirak edirdilər. Bu tədbirdə  məktəbimizi dil-ədəbiyyat müəllimi Fəridə Məhərrəmova və onun rəhbərliyi ilə 10-cu sinif şagirdləri təmsil etmişlər. Əhməd Cavad yaradıcılığı ilə bağlı maraqlı məqalələrlə çıxışlar  olmuşdur. Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorunun müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc xanım Rəsulova çıxış edərək elmi-praktiki konfrans haqqında yekun fikirlərini söyləmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi