Kiçik Akademiya

Novruz və milli adət - ənənələrimizKiçik akademiyanın üzvləri Aysu Xəlilova, Nihad Abdullayev və Xədicə Mollayevanın təqdim etdikləri "Türk xalqları və Novruz", "Novruz bayramının tarixi və mənşəyi ", "Çərşənbələr və novruz"adlı təqdimatlardan sinif yoldaşları və qonaqlar maraqlı məlumatlar əldə etdilər. Sonra tədbirin bədii hissəsi keçirildi. Babayeva Nəzrinin, Hümbətova Zəhranın ifasında "Səməni" rəqsi, Arşın mal alan filmindən "Qızların xoru" mahnısının sədaları altında qızların rəqsi, "Novruz gəlir, yaz gəlir" mahnısı, Elləzli Novruz və Babayeva Nəzrinin söylədikləri Novruz bayramı şeri qonaqlar tərəfindən maraqla qarşılandı. Kosa və Keçəl obrazlarını ifa edən şagirdlər tədbiri daha da maraqlı etdilər. Tədbirin sonunda məktəbin Tərbiyə işləri üzrə direktor müavini Gülnarə Zeynalabdinova şagirdlərə öz ürək sözlərini söylədi.

Ətraflı

Fotosintez coğrafiyadaKiçik akademiyanın coğrafiya komandasının rəhbəri Vəliyev Musanın rəhbərliyi ilə "Fotosintez coğrafiyada" mövzusunda dəyirmi masa təşkil edildi. Komanda üzvləri bu istiqamətdə apardıqları araşdırmaları təqdim etdilər. Suallar əsasında müzakirə və diskussiya təşkil edildi. Fotosintez prossesinin təbiətdə və coğrafiyada əhəmiyyətindən danışıldı.

Ətraflı

Ürək necə işləyirKiçik akademiyanın təbiət fənni üzrə komandasının üzvləri olan 6ç sinif şagirdləri “Ürək necə işləyir” mövzusunda araşdırma apararaq təqdimat hazırladılar. Təqdimat 6ç sinif şagirdi Xəlilzadə Xavərin rəhbərliyi altında aparıldı. Fəaliyyət zamanı nəbzin ölçülməsi, ürəyin hissələri və onların işinin nədən ibarət olması, qanın damarlarda hərəkəti, ürəyin qanı necə qovması haqqında ətraflı şəkildə şagirdlər məlumatlar paylaşdılar və təqdim etdilər.

Ətraflı

Xocalı haraylı ədəbiyyatımız26 fevral 2024- cü il tarixində Azərbaycan dili və ədəbiyyat üzrə kiçik akademiyanın üzvləri 8d sinif şagirdləri Xəliliova Aysu, Abdullayev Nihad və Mollayeva Xədicə 26 fevral Xocalı faciəsinə həsr olunmuş təqdimat edərək "Xocalı haraylı ədəbiyyatımız" mövzusunda məruzə etdilər. Şagirdlər Xocalı soyqırımının tanınmasında bədii ədəbiyyatın da böyük rolu olduğunu qeyd etdilər. Xəlilova Aysu Nəriman Həsənzadənin "Beynəlxalq məhkəməyə, bütün millətlərə", Fikrət Qocanın " Hər gecə Xocalıda " , Zəlimxan Yaqubun "O qızın göz yaşları " və digər şerlər haqqında məlumat verdi. Abdullayev Nihad və Mollayeva Xədicə Xocalı mövzusunda müxtəlif adlarda olan nəsr əsərlərinə müraciət edərək əsərlərin məzmunu haqqında danışdılar və bu mövzuda yazılan əsərlər barədə danışarkən faciə haqqında məlumatları daha dərinləşdirdilər. Unutmamalı və unutdurmamalıyıq. Unutdurmamaq üçün ilk növbədə biz bu mövzuda yazılan əsərləri oxumalı və gələcək nəsilləri də bu əsərlərlə tanış etməliyik.

Ətraflı

Telekanallar və dilimiz adlıKiçik akademiyanın üzvlərinin təşkilatçılığı və Xəlilova Aysunun rəhbərliyi ilə “Telekanallar və dilimiz adlı” dəyirmi masa təşkil edildi. Dil və nitq mədəniyyəti baxımından televiziyalarımızda hansı proseslər gedir, ədəbi dilimiz bu sahədə necə işlənir. Məqsədimiz dilimizin telekanallarda necə şəkildə təqdim olunması və ictimaiyyətə çatdırılması və hansı yolla olur-olsun, ana dilimizin qorunması idi. Çünki dil əsas milli-mənəvi sərvətlərdən biridir. Bu komanda üzvlərinin yetişməsində əməyi olan Azərbaycan dili və ədibiyyat müəllimi Gülər Şahbazova şagirdlərin təqdimatından çox razı qaldı.

Ətraflı

Proqramlaşdırma dilləri və onların yaranma tarixi16 fevral 2024-cü il Kiçik akademiyanın İKT komandasının prezidenti Məmmədli Tunar və vitse prezidenenti Kərimov Vüsalın rəhbərliyi ilə “Proqramlaşdırma dilləri və onların yaranma tarixi” adlı mövzu ətrafında dəyirmi masa təşkil olundu. Komanda üzvləri araşdırmalarını təqdim etdilər və müzakirə apardılar. 10c sinif şagirdi Kərimov Vüsal şagird və tələbələr üçün yaratdığı “Qiymətləndirmə platformasını” təqdim etdi və istifadə qaydalarını komanda üzvlərinin nəzərinə çatdırdı. Komanda üzvü olan 8ç sinif şagirdi Əliyev Şamil “Sistem təhlükəsizliyi”sahəsi istiqamətində öz araşdırmalarını təqdim etdi və vurtual platformalarda təhlükəsizliyin təşkil edilməsinin qaydalarından və proqramlaşdırma dillərinin burdakı rolundan danışdı. 10d sinif şagirdi Məmmədli Tunar isə proqramlaşdırma dillərinin yaranma tarixi və səbəbləri haqqında məlumatları komanda üzvlərinə çatdırdı. Mütün məlumatlar əsasında maraqlı diskussiya təşkilı olundu. Məktəbin İKT komandasının rəhbəri İnformatika müəllimi Bəyova Günəş komanda üzvlərinin araşdırmalarnı və çıxışlarını çox bəyəndi.

Ətraflı

Litosfer tavalarının toqquşması və ayrılmasıMəktəbin coğrafiya müəllim İsgəndərli Aytac kiçik akademiyanın cöğrafiya bölmsi üzrə seçilmiş şagirdləri ilə birlikdə aşağıda qeyd edilmiş mövzu “Lotosfer tavalarının toqquşması və ayrılması” haqqında müzakirə təşkil etdi.. Cəfərova Yağmur litosfer tavalarının toqquşması və Qurbanlı Ayan isə litosfer tavalarının ayrılması ilə bağlı rəngli plastilinlərdən istifadə edərək əyani vəsaitlər hazırladılar. Şagirdlər hazırladıqları maketlər ilə onların üzərində məlumatları araşdıraraq əyani şəkildə təqdim etdilər. Müzaqkirə şagirdlərin marağına səbəb oldu və yeni biliklər əldə edərək onları tətbiq etməyi də öyrəndilər.

Ətraflı

Su nə üçün lazımdırKiçik Akademiyanın fəaliyyəti çərçivəsində kimya bölməsi üzrə kiçik akademiya üzvləri “Su nə üçün lazımdır” adlı maraqlı araşdırıcı diskissiya təşkil etdilər. Məqsəd yer kürəsindəki su ehtiyatları haqqında məlumat almaq və suyun çirklənməsinə səbəb olan halları öyrənmək idi. Şagirdlər, insanlar su hövzələrin çirklənməsinə necə qarşı gələ bilərlər? Bu sual ətrafında maraqlı diskussiya aparıldı. Bununla da şagirdlər belə problemlə qarşılaşmamaq üçün, su mənbələrinin, həyatımızın əsas hissəsi olan suyun qayğısına qalmağı, onu çirkləndirməməyin vacib olduğunu qeyd etdilər.

Ətraflı

İnsanın tənəffüs sistemiKiçik Akademiyanın fəaliyyəti çərçivəsində fizika müəllimi Vəliyeva Təranə akademiyanın üzvü olan şagirdlər Məmmədzadə Nihat, Ayvazlı Həcər və Abdullayev Cavid öz bacarıqlarını nümayiş etdirərək əyani vəsaitlər hazırladılar və “Tənəffüs orqanları” mövzusunda kiçik bir layihə təşkil etdilər. Əvvəlcədən verilmiş məlumatlar əsasında şagirdlər insanın tənəffüs orqanlarının şəkillərini çəkdilər və maketini hazırladılar. Bununla da şagirdlər əyani şəkildə öyrəndiklərini gördülər və tətbiq etdilər.

Ətraflı

SAF 2023-də məktəbimizin uğuru 10d sinif şagirdi Tunar Məmmədlinin iştirak etdiyi komanda SAF 2023-də III yer tutub. Boat Racing kateqoriyası üzrə çıxış etmiş bürünc medal qazanmışdır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 4 – 8 dekabr tarixlərində SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirilib. Tunarı təbrik edir, uğurlar arzu edirik!

Ətraflı

Uşaq Səfirimiz Tunar MəmmədliAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi. Uşaq Səfirlər Məclisinin İKT departamentinin üzvü Tunar Məmmədli

Ətraflı

Miniatür kitab muzeyiKiçik Akademiyanın fəaliyyəti çərçivəsində humanitar fənnlər bölməsinin ədəbiyyat fənni üzrə maraqlı olan şagirdləri “Miniatür kitab muzeyi” layihəsini reallaşdırıblar. Bədii ədəbiyyata xüsusi marağı olan şagirdlər fənn müəllimləri Arzu Süleymanovanın dəstəyi ilə öz sevdikləri kitabların miniatür formasını düzəldib sinif kitabxanası yaradıblar.Miniatür kitabxanada M.Rauf və Ş.Fidan "Balaca şahzadə" kitabını, Z.Xədicə və S. Ayan "Polyanna", V.Yusif "Kitabi-Dədə Qorqud", M.Ağakişi və Q.Yusif "Qorxulu nağıllar " və s. kitabları öz sinif yoldaşlarının istifadəsinə veriblər.Miniatür kitablar görənlər tərəfindən maraqla qarşılanıb.

Ətraflı

Qarabağ mahnısı"Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində məktəbin musiqi müəllimi Kəngərli Ədibənin təşkilatçılığı ilə musiqi istedadı və bacarığı olan şagirdlər tar və kamança müşayəti ilə Qarabağ mahnısını ifa etdilər.

Ətraflı

FİZİKA FƏNNİ ÜZRƏ MÖVZULARIN TƏDRİSİNƏ YENİ YANAŞMA."Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində məktəbin fizika müəllimi Vəliyeva Təranənin təşkilatçılığı ilə fizika bölməsinin üzvləri araşdırma apardıqları mövzu üzrə təqdimatı nümayiş etdirdilər. Beləcə elmi tədqiqat işi aparan şagirdlər yeni biliklər əldə edərək onları yoldaşları ilə bölüşürlər.

Ətraflı

Ana yurdumuz"Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində məktəbin coğrafiya müəllimi Aytac İsgəndərlinin təşkilatçılığı ilə coğrafiya bölməsinin şagirdləri birlikdə Azərbaycan haqqında maraqlı məlumatları əks etdirən təqdimatlar hazırladılar. Təqdimtların hər biri gözəl Ana yurdumuz Azərbaycanın haqqında maraqlı və önəmli məlumatları əks etdirirdi. Şagirdlər təqdimatlarını nümayiş etdirdilər və maraqlı məlumatları öz yoldaşlarına çatdırdılar.

Ətraflı

Riyaziyyat bir dünyadır"Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində məktəbin riyaziyyatçı şagirdləri məktəbdə "Riyaziyyat bir dünyadır" adlı sərgi təşkil etdilər. Müxtəlif yaş qruplarından olan şagirdlər sərgidə iştirak etdilər və riyaziyyata aid əl işlərini və bacarıqlarını nümayiş etdirdilər. 

Ətraflı

Kiçik Akademiya”nın fəaliyyətiİlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" 10.05.2018 tarixindən fəaliyyət göstərir. Akademiyanın prezidenti olaraq Məmmədli Tunar, vitse prezident Kərimov Vüsal , bölmə rəhbərləri – Azərbaycan dili – Rzayeva Aysu,Tarix – Mədətov Valid, Coğrafiya – Vəliyegv Musa, Riyaziyyat – Əzizov Ruslan, Fizika – Əlizadə Gülnarə, Kimya – Hacıyev Rüstəm, Biologiya – Axundzadə Şəms, İnformatika-Əliyev Şamil,Rəsm-Əliyeva Sevil,Texnologiya-Salamov Şahin, İngilis dili-Məhərrəmli İbrahim, Rus dili-Avadx İmran, Musiqi-Əsədli Mehin, Hərbi-Baxışov Hüseyn, İdman-Qəfərov Nihad. Kiçik Akademiyanın beş–humanitar(qəhrəmanlıq,vətənpərvərlik), texniki, təbiət, sosial-iqtisadi, maraq-məntiq bölmələri fəaliyyət göstərir. Burada əsasən öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyl və maraq göstərən şagirdlər iştirak edirlər. Şagirdlər fənn müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, referat və təqdimatlar hazırlayırlar. Şagirdlərin elmi dünyagörüşünü formalaşdırmaq istiqamətində işlər aparılır.

Ətraflı

OLİMPİYA GÜNÜKiçik Akademiyanın idmançı üzvlərinin yeni uğuru. 26.10.2023 - cü ilı tarixində Respublika Olimpiya Mərkəzində Beynəlxalq “Olimpiya Günü” tədbiri keçirildi. Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə keçirilən tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftaxetdinova, MOK-un baş katibi Azər Əliyev, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, olimpiyaçılar, gənc idmançılar, federasiya və media nümayəndələri iştirak etdilər. Rəsmi çıxışlardan sonra Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) məktəblilərinin iştirakı ilə əyləncəli idman yarışı təşkil olundu. Tədbirdə məktəbin idman müəllimi Rəşad Tanrverdiyev və komandası iştirak etdi. Komandamız 2 - ci yerə layiq görüldü və komanda üzvləri kubok, diplom, medal və hədiyələrlə mükafatlandırıldılar.

Ətraflı

Şuşa ili11 may 2022 – ci il tarixində məktəbdə “Kiçik Akademiya ” üzvlərinin iştirakı ilə “Şuşa ili” tədbirlər planına müvafiq olaraq 6, 9 –cu siniflərinin iştirakı ilə məktəblilər arasında intellektual yarış keçirildi. Yarışda iştirak edən 12 komanda arasından 8ç sinfinin "Şuşa Qalası" komandası qalıb gəldi.

Ətraflı

Tarixin bünövrəsi Təhsil ilə qoyulurKiçik Akademiyamızın böyük düşüncəli üzvləri iyirmi yeddi sentyabr Anım Günü ilə əlaqədar tarixlə təhsilin sintezinə aid poster hazırlayıblar.

Ətraflı

“SABAHIN ALİMLƏRİ” X Respublika müsabiqəsi“SABAHIN ALİMLƏRİ” X Respublika müsabiqəsinə qoşulduq, çox maraqlı və ciddi bir layihə irəli sürüldü. Layihənin adı “DeGroups Online Education Software” tərcüməsi - DeGroups Onlayn Təhsil Proqramı. Proqramın daxilində bir çox onlayn tədris proqramlarında olmayan üz tanıma sistemi qurulmuşdur. Müsabiqənin birinci mərhələsində iştirak etdik, amma ikinci mərhələyə bizdən asılı olmayan səbələrdən dolayı davam edə bilmədik. Layihənin qurucusu – Kiçik akademiyanın üzvü 11 -ci sinif şagirdi Abbasov Abbas

Ətraflı

“Şaxta Babanı upgrade et” adlı beynəlxalq onlayn – kvest1. Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkil etdiyi “Şaxta Babanı upgrade et” adlı beynəlxalq onlayn – kvestdə böyük yaş qrupu ilə komanda qurub yarışmada iştirak etdik. Komandamızın adını Qarabağın işğaldan azad olunması şərəfinə “Yeni il Qarabağda” adlandırdıq. Komandamız dünya üzrə 234- cü, ölkə üzrə 154-cü yer tutdu. Komandanın üzvləri – Bəyova Qəşəng, Məmmədzadə Firuzə, İsmayılova Fəridə, İbrahimli Ülkər – 7-ci sinif şagirdləri.

Ətraflı

Günəşimdir mənim dilimMəktəbdə Kiçik akademiyanın üzvləri Ana dili günü münasibəti ilə “Günəşimdir mənim dilim“ adı altında 5ç sinfində dərs təşkil etdilər. Bu dəsin təşkilində məktəbin dil -ədəbiyyat müəllimi Günel Yaqubova da iştirak etdi və şagirdlərə bu günün mahiyyəti haqqında daha da ətraflı məlumat çatdırdı. Şagirdlər dərsdə öyrəndikləri şerlər və hekayələrlə çıxış etdilər, ana dilimizi tərənnüm edən müsiqilər ifa etdilər. Tədbir hər bir şagirdin böyk marağına səbəb oldu. Dərs dinlənilən hər kəs tərəfindən çox bəyənildi. Sonda məktəbin direktoru Firəngiz Həmidova çıxış edərək şagirdləri gözəl iştiraklarına görə təbik etdi və onlara uğurlar arzuladı.

Ətraflı

Bullyinqin fəsadları Məktəbdə fәaliyyәt göstərən “Kiçik Akademiya” üzvlərinin və psixoloq Yeganə Hacıyevanın təşkilatçılığı ilə “Bullyinqin fəsadları” adlı seminar keçirildi. Seminarda sağlam həyat tərzi, zorakılıq, insan hüquqları haqqında məlumatlar verildi və müzakirə edildi. Ardınca seminarda iştirak edən şagirdlər seminar ilə əlaqədar suallar səsləndirdilər. Şagirdlərin çıxışından sonra məktəbin direktoru Firəngiz Həmidova şagirdlərə müvəffəqiyyətlər arzulayıb, onlara öz tövsiyələrini verdi. Seminarın keçirilməsində əsas məqsəd məktəbdə sağlam mühitin, sağlam həyat tərzinin yaradılması idi.

Ətraflı

Narkomaniyaya yox deyək  Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Bunu nəzərə alaraq məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” adı altında tədbir keçirildi. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri iştirak etdilər və maarifləndirici videoçarxla tanış oldular. Şagirdlərin çıxışından sonra məktəbin direktoru Firəngiz Həmidova şagirdlərə zərərli vərdişlərin fəsadlarından danışdı və onlara öz tövsiyələrini verdi. Tədbirin məqsədi şagirdlərin bu cür zərərli vərdişlərə qarşı ehtiyatlı olmalıdır.

Ətraflı

Uşaq hüquqları aylığıMəktəbin “Kiçik Akademiya” üzvlərinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Biz də hüquqlarımızı tanıyırıq ”mövzusunda tədbir keçirildi. “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlər uşaqların hüquqlarının səmərəli təmininə, təbliğinə və uşaqların fəallığına xidmət edir. Aylığın keçirilməsi ilə əlaqədar məktəbdə maarifləndirmə işləri, rəsm müsabiqələri, sərgilər təşkil olundu. Sonda məktəbin direktoru Firəngiz Həmidova şagirdlərə öz hüquqlarını bilmələri və qorumaları haqqında danışdı və onlara öz tövsiyələrini verdi.

Ətraflı

“KİÇİK AKADEMİYA” HAQQINDA ƏSASNAMƏ I. ÜMUMİ MÜDDƏALAR1.1. “Kiçik Akademiya” (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. 1.2. KA-nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur. 1.3. KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə iş üzrə direktiv orqanların fərman və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. 1.4. KA-nın fəaliyyəti bölmələr üzrə təşkil olunur. KA-nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr yaradıla bilər. 1.5. KA hüquqi şəxs statusuna malik deyildir, onun rəhbərinin müvafiq sənədlərdə imzası təşkil edildiyi səviyyədən asılı olaraq bu Əsasnamə ilə müəyyənləşdirilən orqanın möhürü ilə təsdiq edilir. 1.6. KA-nın öz loqotipi və üzərində bu loqotipin əksi olan blankı, habelə bayrağı ola bilər. II. KA-nın məqsəd və vəzifələri 2.1. KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. 2.2. KA-nın əsas vəzifələri aşağıdakılardır: 2.2.1 Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. 2.2.2 Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək. 2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq. 2.2.4 Tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək. 2.2.5 Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək. 2.2.6 Tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq. III. KA-nın üzvləri Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər KA-nın üzvü ola bilərlər. IV. KA-nın üzvlərinin hüquq və vəzifələri 4.1. Elmi konfranslarda, olimpiadalarda və KA-nın digər tədbirlərində iştirak etmək. 4.2. KA-nın üzvlərinin vəzifələri: 4.2.1. Şagirdlər arasında elmi bilikləri təbliğ etmək 4.2.2. Seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirmək. 4.2.3. Ünsiyyət və davranış qaydalarına riayət etmək. V. KA-nın strukturu və fəaliyyət istiqamətləri 5.1. KA məktəb, rayon (şəhər) və respublika səviyyəsində təşkil olunur. 5.2. Məktəb səviyyəsində yaradılan KA-nın (MKA) fəaliyyətinin tənzimlənməsi müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir. 5.3. MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılır və ŞEC MKA-nın strukturunda əsas qurum hesab edilir. 5.4. MKA-ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak edirlər. 5.5. MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər. 5.6. MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi üçün müvafiq işlər həyata keçirilir. 5.7. MKA görülmüş işlər barədə rayon (şəhər) KA-sına hesabat verir. 5.8. Rayon (şəhər) səviyyəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün KA (R(Ş) KA) ilə bərabər həm də elmi himayəçilik şurası (EHŞ) yaradılır. 5.9. R(Ş) KA-ya ümumi rəhbərlik yerli təhsili idarəetmə orqanı və elmi himayəçilik şurası tərəfindən həyata keçirilir. 5.10. R(Ş) KA-nın tərkibi şagirdlərdən, EHŞ-nin tərkibi isə müəllimlərdən, alim və mütəxəssislərdən ibarət formalaşdırılır. 5.11. R(Ş) KA-nın və EHŞ-nin fəaliyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə qurulur: 5.11.1. Ümumrayon (ümumşəhər) bölmələrinin, seminar və konfransların, klub və lektoriyaların, yay təlim-istirahət düşərgələrinin təşkili. 5.11.2. Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, səyyar mühazirə və seminarların keçirilməsi. 5.11.3. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq alim və mütəxəssislərin dəvət olunması. 5.11.4. Respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak üçün komandaların formalaşdırılması. 5.11.5. İşgüzar görüşlərin, təcrübə mübadilələrinin təşkili. 5.12. R(Ş) KA öz fəaliyyəti ilə respublika KA-sı (RKA) qarşısında cavabdehlik daşıyır və ona hesabat verir. 5.13. RKA-nın ümumi fəaliyyətinə rəhbərlik və nəzarət AMEA və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 5.14. RKA-nın funksiyalarında daxildir: 5.14.1. Yaradıcılığa, elmi- tədqiqat fəaliyyətinə meyil və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak etmək. 5.14.2. R(Ş) KA-ların fəaliyyətini tənzimləmək və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində onlara elmi-metodik köməklik göstərmək. 5.14.3 Respublika səviyyəsində olimpiadalar, müsabiqə və yarışlar, elmi-təcrübi kofrans və seminarlar, “Dəyirmi masa”lar, görüşlər təşkil etmək. 5.14.4. Körkəmli alim və mütəxəssisləri istedadlı uşaq və gənclərlə işə cəlb etmək, xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin elmi himayəyə götürülməsinə nail olmaq. 5.14.5. İstedadlı uşaq və gənclərin beynəlxalq olimpiadalara və müsabiqələrə hazırlığını təmin etmək məqsədilə təşkilati tədbirlər həyata keçirmək. 5.14.6. İstedadlı uşaq və gənclərin seçilmiş elmi-tədqiqat işlərindən ibarət toplu və bukletlərin çapı ilə bağlı müvafiq tədbirlər görmək. VI. KA-nın təsis olunması 6.1. KA müvafiq surətdə məktəb, rayon (şəhər) və respublika səviyyəsində aidiyyəti üzrə keçirilən konfranslarda təsis olunur. 6.2. Məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən IX-XI sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi, rayon (şəhər) konfransında məktəb, respublika konfransında isə rayon (şəhər) konfransında açıq səsvermə yolu ilə seçilən aidiyyəti nümayəndələr, habelə alim və mütəxəssislər iştirak edirlər. 6.3. Təsis konfransında KA-nın yaradılması elan olunur və onun tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirilir. 6.4. KA təşkil edildiyi səviyyədən asılı olaraq məktəb pedaqoji şurasının, rayon təhsil şöbəsinin təhsil şurasının, Təhsil Nazirliyinin müvafiq qərarı ilə ləğv edilir. VII. KA-nın idarəetmə orqanları 7.1. KA-nın ali orqanı onun ilk iclasında seçilən Şura hesab olunur. 7.2. Şuranın tərkibinə KA-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edilir. 7.3. KA-nın Şurası: 7.3.1. KA-nın Prezidentini, onun müavinlərini (vitse-prezidentləri), bölmə rəhbərlərini seçir. 7.3.2. KA-nın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, iş planlarını təsdiq edir. 7.3.3. Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir. 7.3.4. Zəruri hallarda yeni bölmələrin yaradılması, habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir. 7.3.5. KA-ya üzvlük və üzvlükdən kənarlaşdırılma məsələlərinə baxır. 7.3.6. Şura iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur.

Ətraflı
HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Qumral Cəfərli Vüqar

DJ Fateh Məmmədov Nazim

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Qumral Cəfərli Vüqar

DJ Fateh Məmmədov Nazim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi