Xocalı haraylı ədəbiyyatımız

26 fevral 2024- cü il tarixində Azərbaycan dili və ədəbiyyat üzrə kiçik akademiyanın üzvləri 8d sinif şagirdləri Xəliliova Aysu, Abdullayev Nihad və Mollayeva Xədicə 26 fevral Xocalı faciəsinə həsr olunmuş təqdimat edərək "Xocalı haraylı ədəbiyyatımız" mövzusunda məruzə etdilər. Şagirdlər Xocalı soyqırımının tanınmasında bədii ədəbiyyatın da böyük rolu olduğunu qeyd etdilər. Xəlilova Aysu Nəriman Həsənzadənin "Beynəlxalq məhkəməyə, bütün millətlərə", Fikrət Qocanın " Hər gecə Xocalıda " , Zəlimxan Yaqubun "O qızın göz yaşları " və digər şerlər haqqında məlumat verdi. Abdullayev Nihad və Mollayeva Xədicə Xocalı mövzusunda müxtəlif adlarda olan nəsr əsərlərinə müraciət edərək əsərlərin məzmunu haqqında danışdılar və bu mövzuda yazılan əsərlər barədə danışarkən faciə haqqında məlumatları daha dərinləşdirdilər. Unutmamalı və unutdurmamalıyıq. Unutdurmamaq üçün ilk növbədə biz bu mövzuda yazılan əsərləri oxumalı və gələcək nəsilləri də bu əsərlərlə tanış etməliyik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi