Təbiətin əsəri Ebru sənəti
Kiçik akademiya üzvləri və tarix müəllimi Əliyeva Aynurə tərəfindən hazırlanan "Bütöv Azərbaycan naminə sağlam gənclik" layihəsi çərçivəsində növbəti təlim valideyn Quliyeva Leyla tərəfindən "Təbiətin əsəri Ebru sənətı” adlı təlimi keçirilmişdir. Şagirdlərə Ebru sənətinin bir çox texnikaları - Battal, Gəl-get, Hatip, Şal, Bül-bül yuvası, Çiçək şəkilləri haqqında, ebrunun rənglərinin, fırçalarının nədən və necə hazırlanması, çəkilən şəkillərin suyun üzərində nəcə dayandığını və sonra onu kağızın üzərinə necə çıxarıldığı barədə məlumat verilmişdir. “Battal “ texnikası əyani olaraq, şagirdlərlə birlikdə tədbiq edilmişdir.