Nailiyyətlərimiz

Məktəbin 11d sinif şagirdi Tunar Məmmədlinin həmmüəllifi olduğu elmi məqalə IEEE tərəfindən nəşr edilib.Məktəbin 11d sinif şagirdi Tunar Məmmədlinin həmmüəllifi olduğu elmi məqalə IEEE tərəfindən nəşr edilib. Qeyd edək ki, IEEE (Elektrik və Elektronika Mühəndisləri İnstitutu) elektrik mühəndisliyi, elektronika və kompüter elmləri sahəsində dünyanın ən böyük peşəkar təşkilatıdır. Məqalə Böyük Dil Modellərinin (LLM) fərdi istifadəçilərin yazı üslubunu və danışıq tonunu daha dəqiq əks etdirmək üçün təqdim etdiyi innovativ yanaşmanı əhatə edir. Bu tədqiqat 16-18 oktyabr 2024-cü il tarixlərində keçirilmiş 15-ci Beynəlxalq İKT Konvergensiyası Konfransında təqdim edilib və artıq IEEE platformasında yayımlanıb.

2023-2024-cü tədris ilində qızıl nişanla təltif olunan şagirdimizÜmumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında Azərbaycan Respublikası elm və təhsil naziri əmr imzalayıb.     Məktəbin 11c sinif şagirdi Əzimzadə Elvin də qızıl nişan və xüsusi attestatla təltif olunub. Məktəb rəhbərliyi və kollektivi adından Elvini təbrik edir və uğurlar arzulayırıq. 

Təhsil gələcək karyeranın açarıdır!Əliyeva Aynurə Qəhrəman qızı - 1987-ci ildə Füzuli rayonun Yuxarı Əbdürrəhmanlı kəndində kənd orta məktəbində ibtidai təhsil almış, lakin erməni qəsbkarlarının torpaqlarımızın işğalı nəticəsində öz yurd-yuvasından ayrı düşərək, məcburi köçkün olaraq təhsilini Bakı şəhəri 244 saylı orta məktəbdə davam etdirmişdi. 9-cu sinifdən 83 saylı məktəb-liseyin fizika-riyaziyyat-informatika təmayül sinifində təhsilini davam etdirərək 1997-ci ildə orta məktəbi bitirmişdi. Həmin ildə N.Tusi adına ADPU-nin tarix fakultəsinə daxil olmuş, 2001-ci ildə universiteti bitirərək, həmin il ixtisası üzrə tarix müəllimi vəzifəsində çalışmışmağa başlamışdı. 2005-2007-ci illərdə SDU-nin Tarixi-politologiya ixtisası üzrə magistr dərəcəsi almış, həmin il SDU-nin Ümumi Tarix və Beynəlxalq Münasibətlər kafedrasında müəllim olaraq çalışmışdır. Əmək fəaliyyətini 42 nönrəli tam orta məktəbdə, Xəzər Universiteti Dünya Məktəbində, Bakı Atatürk liseyində davam etdirmişdir. 2008-2011-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun aspirant dərəcəsi üzrə təhsil almışdır. Bir çox respublika və beynəlxalq konfranslarda tezis və elmi məqalələrin müəllifi olaraq çıxış etmişdir. Çap olunmuş tezis və məqalələri: 2010-cu ildə AMEA Aspirantlarının Elmi Konfransında “Ailədə uşaqların tərbiyəsi”, 2013-cü ildə VII. Uluslararası Türk Kultürü, Sanatı ve Kültürel Mirası Koruma Sempozyumu “Müstəqillik illərində Azərbaycanda demoqrafik vəziyyət”, 2014-cü ildə YOCOCU “Conservation of religious temples in Azerbaijan during the years of tolerance and independence”, 2019-cu ildə “Tarix və onun problemləri” jurnalında “Milli –mənəvi dəyərlərin qorunmasında dini naarifləndirmənin rolu”, 2019-cu ildə “Bakı universitetinin xəbərləri” jurnalında “Müstəqillik illərində Azərbaycan ailəsində islami dəyərlərin roluna dair”, 2019-cu ildə 5. Bilimsel Araştırmalar Ve Güncel Gelişmeler Konqresi (EUROASİA JOURNAL of social sciences of humanities)” jurnalında “Ailə dəyərlərinin qorunmasında islam dinin rolu”, 2020-ci ildə “Humanitar və İctimai Elmlər üzrə II Beynəlxalq Elmi Konfrans (Elni İşi)” jurnalında “Protection of leadership in modern Azerbaijan family”, 2020-ci ildə “Euroasia Journal of Social Sciences & Humanities” jurnalında “Protection of islamic values and traditional character in internafamily relations”, 2021-ci ildə “5th International New York Conference on Evolving trends in İnterdisciplinary Research & Practices“ kitabında “About religious tolerance in Azerbaijan during independence years”. Məktəb fəliyyətində “Mən Fəxr Edirəm Ki, Azərbaycanlıyam” , “28 May-Respublika Günü” , “Bir millət iki dövlət” , “Bütöv Azərbaycan naminə sağlam gənclik” və bu kimi digər tədbirlərin ideya müəllifi və təşkilatçısı olmuşdur.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Ələkbər Nəzərov

İlhamiyyə Rzayeva Faiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi