HAQQIMIZDA

           

   Bakı şəhəri Nəsimi rayonu İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəb 1930-cu ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı dövrdə məktəb 400 yerlik şagird üçün nəzərdə tutulmuşdur.

   2009-2010-cu tədris ilində Dövlət proqramına əsasən Təhsil Nazirliyinin xətti ilə məktəbin əsas korpusu əsaslı təmir edilmiş və məktəbin həyətində 2 bina inşa olunmuşdur. 2010-2011-ci tədris ilində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 42 nömrəli tam orta məktəb "Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüşdür.

   Məktəb 2012-2013-cü tədris ilində "Elektron məktəb" layihəsinə qoşulmuşdur. Müəllimlərin fəaliyyətinin artırılmasında, fənlər üzrə monitorinqlərin aparılmasında və İKT-nin dərslərdə tətbiqində yüksək nəticələr əldə olunmuşdur. Fənn kabinetləri və bütün sinif otaqları proyektorlarla təmin olunmuşdur. Təhsildə İKT-nin tətbiqi ilə əlaqədar məktəbimizin müəllimləri "İKT-nin köməyi ilə tədris prosesinin təşkili", "Mimio Notebook alətlər paneli", eləcə də Dövlət Proqramı üzrə "İntel-gələcək üçün təhsil" kurslarına cəlb olunmuşlar. Bunun nəticəsi olaraq məktəbdə keçirilmiş əksər dərslər və tədbirlər İKT-nin köməyi ilə qurulur.

                 Məktəb bir çox layihələrdə fəal iştirak edir. Məktəbimiz ixtisaslı müəllimlərlə tam təmin olunub. Onlardan 94%-i ali təhsillidir. Müəllimlərimizin böyük əksəriyyəti müxtəlif dərəcəli fəxri fərman və diplomlara layiq görülmüşdür. Hal-hazırda məktəbin inzibati binası 3 korpus və 4 mərtəbədən ibarətdir. 46 sinifdə komplektləşən məktəbin 1192 şagirdinin təlim-tərbiyəsi ilə 138 müəllim məşğul olur. Məktəb 5 günlük, bir növbəli rejimdə fəaliyyət göstərir. Məktəbdə tədris 2 dildə - Azərbaycan və rus dillərində aparılır. Şagirdlərimiz rayon, şəhər və respublika üzrə keçirilən müsabiqələrdə fəal iştirak edir və nailiyyətlər əldə edirlər.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi