Novruz və milli adət - ənənələrimiz

Kiçik akademiyanın üzvləri Aysu Xəlilova, Nihad Abdullayev və Xədicə Mollayevanın təqdim etdikləri "Türk xalqları və Novruz", "Novruz bayramının tarixi və mənşəyi ", "Çərşənbələr və novruz"adlı təqdimatlardan sinif yoldaşları və qonaqlar maraqlı məlumatlar əldə etdilər. Sonra tədbirin bədii hissəsi keçirildi. Babayeva Nəzrinin, Hümbətova Zəhranın ifasında "Səməni" rəqsi, Arşın mal alan filmindən "Qızların xoru" mahnısının sədaları altında qızların rəqsi, "Novruz gəlir, yaz gəlir" mahnısı, Elləzli Novruz və Babayeva Nəzrinin söylədikləri Novruz bayramı şeri qonaqlar tərəfindən maraqla qarşılandı. Kosa və Keçəl obrazlarını ifa edən şagirdlər tədbiri daha da maraqlı etdilər. Tədbirin sonunda məktəbin Tərbiyə işləri üzrə direktor müavini Gülnarə Zeynalabdinova şagirdlərə öz ürək sözlərini söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi