İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik

Məktəbin Kiçik akademiya üzvlərinin təşkilarçılığı ilə Ulu Öndər Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik” mövzusunda konfrans keçirildi. Konfransın əvvəlində Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, siyasi irsinin əhəmiyyətindən, elmin, təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıldı. Sonra məktəbin informatika müəllimi Bəyova Günəş informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin bu gün aktual bir sahə olduğunu qeyd etdi. Qonaq qismində konfransda biologiya müəllimi Məmmədova Arzu iştirak etdi və şagirdlərə informasiyanın insanların şüuruna və psixikasına təsiri onların fiziki və psixi sağlamlığı üçün necə təhlükəli ola bilməsi haqqında məlumat verdi. Şagirdlər çıxışlarında müasir texnologiyanın yaratdığı imkanlardan bəhs etdilər və bu sahə üzrə ixtisaslı mütəxəssis kimi formalaşmağın imkanlarından danışdılar. Digər çıxış edən şagirdlər isə informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, bu sahədə zamanın tələbinə uyğun yeniliklər haqqında aldıqları məlumatları konfrans iştirakçılarına çatdırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi