YAŞIL DÜNYA ÜÇÜN
Kiçik akademiya üzvlərinin təşkilatçılığı ilə oktyabr ayı ərzində "Yaşıl dünya üçün" adlı layihəyə start verildi. Layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində işlər görməkdən ibarətdir.