Proqramlaşdırma dilləri və onların yaranma tarixi

16 fevral 2024-cü il Kiçik akademiyanın İKT komandasının prezidenti Məmmədli Tunar və vitse prezidenenti Kərimov Vüsalın rəhbərliyi ilə “Proqramlaşdırma dilləri və onların yaranma tarixi” adlı mövzu ətrafında dəyirmi masa təşkil olundu. Komanda üzvləri araşdırmalarını təqdim etdilər və müzakirə apardılar. 10c sinif şagirdi Kərimov Vüsal şagird və tələbələr üçün yaratdığı “Qiymətləndirmə platformasını” təqdim etdi və istifadə qaydalarını komanda üzvlərinin nəzərinə çatdırdı. Komanda üzvü olan 8ç sinif şagirdi Əliyev Şamil “Sistem təhlükəsizliyi”sahəsi istiqamətində öz araşdırmalarını təqdim etdi və vurtual platformalarda təhlükəsizliyin təşkil edilməsinin qaydalarından və proqramlaşdırma dillərinin burdakı rolundan danışdı. 10d sinif şagirdi Məmmədli Tunar isə proqramlaşdırma dillərinin yaranma tarixi və səbəbləri haqqında məlumatları komanda üzvlərinə çatdırdı. Mütün məlumatlar əsasında maraqlı diskussiya təşkilı olundu. Məktəbin İKT komandasının rəhbəri İnformatika müəllimi Bəyova Günəş komanda üzvlərinin araşdırmalarnı və çıxışlarını çox bəyəndi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi