OLİMPİYA GÜNÜ

Kiçik Akademiyanın idmançı üzvlərinin yeni uğuru. 26.10.2023 - cü ilı tarixində Respublika Olimpiya Mərkəzində Beynəlxalq “Olimpiya Günü” tədbiri keçirildi. Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə keçirilən tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftaxetdinova, MOK-un baş katibi Azər Əliyev, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, olimpiyaçılar, gənc idmançılar, federasiya və media nümayəndələri iştirak etdilər. Rəsmi çıxışlardan sonra Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) məktəblilərinin iştirakı ilə əyləncəli idman yarışı təşkil olundu. Tədbirdə məktəbin idman müəllimi Rəşad Tanrverdiyev və komandası iştirak etdi. Komandamız 2 - ci yerə layiq görüldü və komanda üzvləri kubok, diplom, medal və hədiyələrlə mükafatlandırıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi