Miniatür kitab muzeyi

Kiçik Akademiyanın fəaliyyəti çərçivəsində humanitar fənnlər bölməsinin ədəbiyyat fənni üzrə maraqlı olan şagirdləri “Miniatür kitab muzeyi” layihəsini reallaşdırıblar. Bədii ədəbiyyata xüsusi marağı olan şagirdlər fənn müəllimləri Arzu Süleymanovanın dəstəyi ilə öz sevdikləri kitabların miniatür formasını düzəldib sinif kitabxanası yaradıblar.Miniatür kitabxanada M.Rauf və Ş.Fidan "Balaca şahzadə" kitabını, Z.Xədicə və S. Ayan "Polyanna", V.Yusif "Kitabi-Dədə Qorqud", M.Ağakişi və Q.Yusif "Qorxulu nağıllar " və s. kitabları öz sinif yoldaşlarının istifadəsinə veriblər.Miniatür kitablar görənlər tərəfindən maraqla qarşılanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi