Narkomaniyaya yox deyək

  Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Bunu nəzərə alaraq məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” adı altında tədbir keçirildi. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri iştirak etdilər və maarifləndirici videoçarxla tanış oldular. Şagirdlərin çıxışından sonra məktəbin direktoru Firəngiz Həmidova şagirdlərə zərərli vərdişlərin fəsadlarından danışdı və onlara öz tövsiyələrini verdi. Tədbirin məqsədi şagirdlərin bu cür zərərli vərdişlərə qarşı ehtiyatlı olmalıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi