Kiçik Akademiya

“Kiçik Akademiya”nın iclası keçirildi"Kiçik Akademiya"nın 2024-2025-ci tədris ili üzrə ilk şura iclası keçirildi. İclasda akademiyanın rəhbərliyi və üzvləri iştirak etdilər. Gündəlikdə duran məsələlər müzakirə edildi və gələcək fəaliyyətlər üçün qərarlar qəbul edildi.    Şura iclasında akademiya çərçivəsində həyata keçiriləcək layihələr haqqında ətraflı məlumat verildi. Elmi tədqiqat layihələrinin genişləndirilməsi və yeni istiqamətlərdə araşdırmaların aparılması qərara alındı. "Kiçik Akademiya"nın rəhbəri Günel İsmayılova bölmə rəhbərlərinə üzvlərin müxtəlif layihələrdə iştirak etmələri üçün tapşırıqlar verdi.

Ətraflı

"KİÇİK AKADEMİYA" ÜZVLƏRİNİN QARŞILIQLI TƏQDİMAT VƏ MÜZAKİRƏ YIĞINCAĞI KEÇİRİLDİSuraxanı rayonu üzrə orta məktəblərdə fəaliyyət göstərən KA-ların qarşılıqlı təqdimat və müzakirə yığıncağı keçirildi.Yığıncağın keçirilməsində məqsəd dekabr ayında keçiriləcək ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Bakı Konfransında iştirak edəcək namizədləri təyin etməkdir. Şagirdlərin təqdimatları dinlənilərək əvvəlcədən elan olunmuş meyarlara əsasən qiymətləndirildi.

Ətraflı

"KİÇİK AKADEMİYA"NIN ŞURA İCLASI KEÇİRİLDİ12.10.2023-cü il tarixində KA-nın 2023-2024-cü tədris ilində ilk şura iclası keçirildi. İclasın gündəliyi yeni üzvlərin qəbulu, qarşıda duran məsələlərin müzakirəsi, üzvlərə elmi rəhbərlərin təyini və sair məsələlər müzakirə olundu. Məqsəd “Kiçik Akademiya”nın fəaliyyətinin gücləndirilməsi, şagirdlərin potensial imkanlarının üzə çıxarılması və inkişaf etdirilməsi, onlarda ilkin tədqiqatçılıq bacarığının formalaşdırılmasıdır. Sonda KA-nın prezidenti Günel İsmayılova bölmə rəhbərlərinə öz tövsiyələrini verdi.

Ətraflı

KA-NIN BİRİLLİK HESABAT KONFRANSI KEÇİRİLDİMəktəbin və KA-nın fəaliyyət planına əsasən 17.05.2023 -cü il tarixində KA-nın birillik hesabat konfransı keçirildi. Konfransda KA-nın bölmələrində fəaliyyət göstərən şagirdlərin tədqiqat işləri nümayiş etdirildi. KA-nın prezidenti Günel İsmayılova Akademiyanın bölmələrinin 2022-2023-cü ildəki fəaliyyətindən, bölmə rəhbərlərinin şagirdlərə göstərdiyi dəstəklərdən danışdı. Məktəbin direktoru Nisə Fərəcova çıxış edərək KA üzvlərinə öz tövsiyyələrini verdi.

Ətraflı

Şura iclası keçirildiD.Məmmədzadə adına 232№-li tam orta məktəbin Kiçik Akademiyasının şura iclası keçirildi. İclasda KA-nın yeni üzvləri seçildi, cari ildə qarşıda duran məsələlər müzakirə edildi. Şagirdlərin tədqiqat mövzuları barədə fikirləri dinlənildi, hər tədqiqat aparacaq “KA” üzvünə elmi rəhbər təyin edildi

Ətraflı

"KA" üzvlərinin “Ədəbiyyat və həyat: təxəyyüldən gerçəkliyə” mövzusunda tədqiqat işiHumanitar fənlər kafedrası üzrə 8”A” sinif şagirdi Quluzadə Lalə “Ədəbiyyat və həyat: təxəyyüldən gerçəkliyə” mövzusunda tədqiqat aparmışdır. Ona bu işdə elmi rəhbəri Novruzlu Rahilə kömək etmişdir. Mövzu ilə bağlı hazırladığı təqdimatda Q.Lalə işinin məqsədini, mahiyyətini ətraflı izah etmişdir. O, tədqiqat zamanı bir sıra əsərləri mütaliə etmiş və öz işində həmin əsərlərdən istifadə etmişdir. Həm Azərbaycan, həm dünya ədəbiyyatından seçdiyi nümunələr əsasında müqayisələr aparmış, yeni fikirlər irəli sürmüşdür. Təqdimatda mövzuya uyğun olaraq fotolar yer almışdır. Burada, həmçinin tədqiqata hazırlıq prosesini əks etdirən şəkillərə də yer verilmişdi.

Ətraflı

Şuşa tarixi diyarımızdır“KA” –nın üzvlərinə Şuşa şəhərinin tarixini, mədəniyyətini, coğrafi mövqeyini, fauna və florasını araşdırmaq tapşırıldı. Apardıqları araşdırma nəticəsində öyrəndikləri bu biliklər ömür boyu qazandıqları ən gözəl biliklər sırasında yer alacaq. Bu bizim torpaqlarımızdır, tariximizdir, mədəniyyətmizdir, qanımızdır, canımızdır. Hər bir Azərbaycanlının damarlarında Vətən sevgisi dolanır. Bitməz tükənməz bilməyən qəhrəmanların sevgisi ilə döyünür qəlbimiz. Ürəyimizdə, yaddaşlarımızda kök salan qəhrəman oğulların sevgisiylə yoğrulur xəmrimiz. Hər bir məktəblimiz Azərbaycan torpaqlarını qarış-qarış öyrənməli və öyrətməlidir. Biz Vətənimizi, qəhrəmanlarımızı öyrənirik. Gənc nəsillərlə birlikdə işğal altından azad olunmuş regionlarımıza ekskursiya etmək diləyilə Xudayarın təsnifi ilə tədbirimizi yekunlaşdırdıq .

Ətraflı

"KA" üzvləri arasında müsabiqə keçirildiBakı Şəhəri üzrə Təhsil İdarəsinin Zəfər günü ilə bağlı əmrinə və məktəbin “KA” –nın fəaliyyət planına əsasən “Vətənin qəhrəman oğulları” adlı şagird təqdimatı müsabiqəsi keçirildi. Məqsəd 44 günlük müharibədə canından keçmiş igid oğullarımızın şanlı zəfər yolunun təbliği, şəhidlərimizin ruhuna hörmət və ehtiram hissinin aşılanması, şagirdlərdə hərbi-vətənpərvərlik hissinin formaşlaşdırılması Vətənə, torpağa məhəbbət hissinin gücləndirilməsidir.

Ətraflı

Suraxanı rayonu "Kiçik Akademiya" ların birillik fəaliyyətinə həsr olunan hesabat tədbiri keçirildiMəktəbimizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən mühüm dövlət proqramlarının icrasına xüsusi məsuliyyətlə yanaşılır. Belə proqramlardan biri də 2006 – cı il 17 aprel tarixində respublika prezidentinin sərəncamı ilə təsdiq edilmiş dövlət proqramıdır. Həmin proqramın mühüm məsələlərindən olan Kiçik Akademiyanın fəaliyyətinə də xüsusi diqqət yetirilir. 2017 – ci ildən bəri məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın düzgün təşkil edilmiş işi sayəsində şagirdlərimizdə sistemli təqiqatçılıq qabiliyyəti formalaşdırılmış, mövcud yaradıcılıq patensialı nəzərə alınmaqla gələcək peşə istiqamətləri müəyyənləşdirilmiş , elmi yaradıcılığa ciddi maraq yaradılmışdır. Səmərəli fəaliyyət göstərən akademiyamız tanınmış alim və mütəxəssislərin istedadlı şagirdlərlə işə cəlb olunmasına ,tədqiqatçılıq bacarığı olan şagirdlərdə elmi cəmiyyətlərdə , intellektual klub və dərnəklərdə elmi məruzə ilə çıxış edə bilmək vərdişləri yaradılmışdır. Məlum şəraitlə əlaqədar olaraq , şagirdlərimiz ötən bir il ərzində öz elmi fəaliyyətlərini distant şəkildə davam etdirmiş , pandemiya şəraitinin şərtlərinin imkan verdiyi dərəcədə tədqiqatlar aparmışlar. Məktəbimiz Suraxanı rayonu məktəblərində fəaliyyət göstərən Kiçik Akademiyalar üzrə mərkəz təyin edilmişdir. Suraxanı rayonu məktəblərində fəaliyyət göstərən Kiçik Akademiyaların birillik fəaliyyətini təhlil etmək məqsədilə 09.06.2021 – ci il tarixində online şəkildə hesabat tədbiri keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktor əvəzi S . Orucəliyev açdı. Daha sonra məktəb üzrə Kiçik Akademiyanın rəhbəri G. İsmayılova hesabat məruzəsi ilə çıxış etdi. Məruzəçi Kiçik Akademiyaların nəzdində fəaliyyət göstərən müxtəlif kafedraların fəaliyyətindən tədqiqat işlərinin təşkilindən və məktəblərin qarşılıqlı əməkdaşlığından danışdı. Daha sonra müxtəlif məktəblərin Kiçik Akademiyalarının üzvləri olan şagirdlərin ayrı – ayrı mövzularda aparılan tədqiqat işləri nümayiş olundu. Rayon üzrə 76, 327 ,208, 279 , 232 nömrəli məktəblərin şagirdləri slaydlarla müşayiət olunan tədqiqat işlərini nümayiş etdirdilər.

Ətraflı

“Kiçik Akademiya”nın iclası keçirildiBakı Şəhəri üzrə Təhsil İdarəsinin F-103№-li əmrini icra etmək məqsədi ilə məktəbdə “Kiçik Akademiya”nın fəaliyyəti diqqət mərkəzində saxlanılır. Bu məqsədlə “Kiçik Akademiya”nın növbəti onlayn Şura iclası keçirildi. Yığıncaqda gündəlikdə duran əsas məsələ son dövrdə akademiya üzvlərinin fəaliyyətini izləmək idi. Yaradıcılıq və elmi – tədqiqat işinə meyil və maraq göstərən şagirdlərin elmi dünya görüşünün formalaşması məqsədi ilə onlara təhkim olunmuş müəllimlərlə birlikdə öncədən müxtəlif mövzular üzrə tədqiqat işi aparmaq tapşırılmışdır. Şagirdlərin arzu və maraqlarına uyğun olaraq seçilən mövzular ətrafında səmərəli fəaliyyət mexanizminin yaradılması şagirdlərin tədqiqatçılıq qabiliyyətini inkişaf etdirir. Şura üzvləri ayrı – ayrı elmi işçilərin müxtəlif fənlər üzrə apardıqları tədqiqat işlərinin təqdimatına baxdılar. İclasda məktəbin direktoru Orucəliyev Səfa, təlim-tərbiyə işləri üzrə direktor müavini İsmayılova Günel və kafedra üzvləri iştirak etdilər. Şagirdlərə müəyyən tövsiyələr verildi. Məruzə və çıxışlar əsasında çıxarılan qərarların icrası ayrı – ayrı bölmələrin üzvlərinə tapşırıldı.

Ətraflı

"Kiçik Akademiya"nın fəaliyyəti genişləndirilir232 №li tam orta məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar" üzrə III qrant müsabiqəsində “Kiçik Akademiya prezidentlərinə təlimlərin keçirilməsi” layihəsi ilə qalib olmuşdur. “Kiçik Akademiya” rəhbərləri üçün təlimlər layihəsinin həyata keçirilməsinin əsas məqsədi Akademiya rəhbərlərinin təlimlərə cəlb olunaraq “Kiçik Akademiya” daxilində icra olunan fəaliyyətin sistemli və düzgün həyata keçirə bilməsini təmin edə bilməkdir. Bu istedadlı şagirdlərin üzə çıxarılması və onlarla həyata keçirilən işlərin keyfiyyətinə birbaşa təsir göstərəcəkdir.         İcra planına uyğun olaraq “Kiçik Akademiya” rəhbərlərinə təlimlər başlandı. 19.10.2019-cu il tarixdə 60 № -li məktəbdə Yasamal, Nərimanov, Binəqədi, Nəsimi və Səbail rayon ümumtəhsil məktəblərinin akademiya prezidentlərinə təlim keçirildi. Təlimi “Sabahın Alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza komitəsinin rəhbəri fizika üzrə fəlsəfə doktoru Samir Orucov apardı.

Ətraflı

“Kiçik Akademiya rəhbərlərinə təlimlərin keçirilməsi” layihəsiAzərbaycan Respublikası Təhsil Nazirliyinın “Təhsildə İnkişaf və İnnovasiyalar” üzrə III qrand müsabiqəsi çərçivəsində 232 №li tam orta məktəb “Kiçik Akademiya rəhbərlərinə təlimlərin keçirilməsi” layihəsi ilə qalib olmuşdur. 20.09.2019 – cu il məktəbdə layihənin açılışı oldu. Tədbirdə məktəbin direktoru layihə rəhbəri Məhluqə Əzizova layihə haqqında məlumat verdi. Layihənin məqsəd və vəzifələrini tədbir iştirakçılarına çatdırıb qeyd etdi ki, artıq məktəblərdə təhsil şagirdlərə təkcə bilik verməyi deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Müasir məktəblərin əsas vəzifəsi təlim prosesində şagirdin təfəkkürünün inkişafı üçün ona bilik ötürmək deyil, bilik qazanmaq üçün şərait yaratmaqdır. Bu istiqamətdə ümumi təhsil məktəblərində fəaliyyət göstərən “Kiçik Akademiya”lar bu amala xidmət edir. Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq “Kiçik Akademiya”ların əsas vəzifləridir. Bildiyimiz kimi “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Azərbaycan Respublikası təhsil nazirinin 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinin 2.6-cı bəndinin icrasını təmin etmək, istedadlı uşaq və gənclərlə aparılan işləri tənzimləmək, bu sahədə səmərəli fəaliyyət mexanizminin yaradılmasına köməklik göstərmək, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirləri sistemli həyata keçirmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin imzaladığı 29 yanvar 2019-cu il tarixli F-67 nömrəli əmrindən sonra “Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilməyə və gücləndirilməyə başlanılmışdır. Şagirdlərin Akademiyaya cəlb olunması və düzgün yönləndirilməsi Akademiyanın rəhbərlərinin fəaliyətindən çox asılıdır. Rəhbərlərin düzgün təlimatlandırılması işlərin sistemli icrasına gətirib çıxaracaqdır. Layihənin məqsədi ümumitəhsil məktəblərinə dəstək göstərilməsi məqsədi ilə məktəblərdə fəaliyyət göstərən Akademiya rəhbərlərini təlimlərə cəlb olunaraq                  “Kiçik Akademiya” daxilində icra olunan fəaliyyətin sistemli və düzgün həyata keçirilməsini  təmin edə bilməkdir.   Bu istedadlı şagirdlərin üzə çıxarılması və onlarla həyata keçirilən işlərin keyfiyyətinə birbaşa təsir göstərəcəkdir. Layihə nəticəsində “Kiçik Akademiya” üzvlərinin sayı artacaq, şagirdlərdə bu istiqamətdə maraq yaradacaqdır.  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumitəhsil məktəblərinin şagirdlərinin Sabahın Alimləri Respublika Müsabiqəsi, olimpiada və müsabiqələrdə iştirakının sayı artacaqdır. Bakı Şəhəri üzrə ””Kiçik Akademiya” rəhbərləri arasında”əməkdaşlıq yaradılacaq  ki, bu da qarşılıqlı fəaliyyət və sağlam rəqabətə gətirib çıxaracaq. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin inkişaf layihələri sektorunun baş məsləhətçisi Sevinc Əzimova, Bakı şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək mərkəzinin metodisti Tahirə Qədimova, Təhsil İnstitutunun “Yaş fiziologiyası və psixologiya” şöbəsinin dissertantı Bahar Ələkbərova – Bəylərova, “Sabahın Alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza komitəsinin rəhbəri fizika üzrə fəlsəfə doktoru Samir Orucov, AMEA – nin əməkdaşları Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin rəhbərləri və kiçik Akademiya Prezidentləri iştirak edirdilər.

Ətraflı

"Kiçik Akademiya"nın hesabatıAzərbaycan Respublikası Təhsil Nazirinin 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinin 2.6 bəndinin , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07.02.2019-cu il tarixli F-90 nömrəli əmrinin 2.4.4 bəndinin  və məktəbin fəaliyyət planının icrası ilə bağlı 29.04.2019-cu il tarixində “Kiçik Akademiya” üzvlərinin təqdimatı  keçirildi. Məqsəd “Kiçik Akademiya”nın fəaliyyətinin gücləndirilməsi, şagirdlərin potensial imkanlarının üzə çıxarılması və inkişaf etdirilməsi, onlarda ilkin tədqiqatçılıq bacarığının formalaşdırılması, şagirdlərin kiçik yaşlardan elmə, elmi araşdırmalara sövq edilməsidir. Tədbirdə Bakı Şəhər Təhsil İdarənin ümumi təhsil sektoru məsləhətçisi Camal Bağırov, Bakı Şəhər Təhsil İdarənin inkişaf  layihələri sektoru baş məsləhətçi Sevinc Əzimova, AMEA – nın coğrafiya institutu Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov Təhsil institutunun “Psixologiya və yaş fiziologiyası” kofedrasının disertantı Bahar Bəylərova- Ələkbərova, təhsil müəsisələrinin rəhbərləri və kiçik akademiyanın prezidentləri, müəllimlər, şagirdlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himni və Kiçik akademiya hərs olunan musiqi nömrəsi ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məhluqə Əzizova qonaqları salamladıqdan sonra “Kiçik akademiya” da aparılan tədqiqat işlərin şagirdlərin yaradıcı potensialını üzə çıxarmaqla bərabər, onlarda müxtəlif elm sahələrinə nəzəri biliklə təcrübəni ümumiləşməsinə dərin maraq yaratdığını vurğuladı daha sonra akademiyanın prezidenti Günel İsmayılova çıxışında məktəbdə yaradılan akademiyanın strukturu və iş fəaliyyəti barədə geniş məlumat verdi. Yeniliyə açıq, elmi axtarışlara meyilli müəllimlərin və tədqiqata könüllü yanaşan şagirdlərin aparıcı amil olduğunu qeyd edən məruzəçi məktəb şagirdlərinin müxtəlif elmi tədqiqat institutlarında, muzeylərdə tədris eksperiment sahələrində, tibb ocaqlarında, sənaye müəssisələrində olduğunu bildirdi. Daha sonra müxtəlif  bölmələr üzrə kiçik tədqiqat işləri aparan şagirdlərin təqdimatları nümayiş olundu. Sonda  Bakı Şəhər Təhsil İdarənin inkişaf  layihələri sektoru baş məsləhətçi Sevinc Əzimova, Bakı Şəhər Təhsil İdarənin ümumi təhsil sektoru məsləhətçisi Camal Bağırov  və digərləri akademiyanın fəaliyyətini qiymətləndirdilər, tövsiyyə və təkliflərini bildirdilər.

Ətraflı

Kiçik Akademiyanın üzvləri Coğrafiya UniversitetindəFəaliyyət planin 1.1.1.16 bəndininə əsasən “Kiçik akademyanın “fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensiyalının üzə çıxması ilə əlaqədar olaraq “Təbiət elmləri”kafedramız M.E.A-da oldu, Elmi tədqiqat işlərinə maraq göstərən bu sahədə potensial imkanları olan isdedadli şagirdlərimiz Ə.Aidə və Ə.Turanə akademyanın c.ü.f.d. Etibar Bədəlovla görüşüb məsləhətlər aldılar . Şagirdlərimizlə şəxsən görüşən institun diretoru akademik Ramiz Məmmədov çıxışında bildirdi ki ,əməkdaşlığmızın ənənə halını alması şagirdlər elmə marağı daha da artırır. Məqsədimiz şagirdlərimizin coğrafiya elminə olan marağın artırılması və gələcəkdə onların peşə seçmində müsbət təsir etməsidir. Şagirdlər “Azərbaycanın palçıq vulkanları mövzusunda Coğrafiya üzrə fəlsəfə doktoru Elina Kərimova ilə öz fikirlərini  bölüşdülər. Gənc Alim və Mütəxəsislər  Şurasının sədri c.ü.f.d. Samirə Ələkbərova öz növbəsində Coğrafiya İnstitutu ilə əlaqələrin olasını yüksək qiymətləndirib. Görüş şagirdlərdə xoş təsurat yaratdı . Nəzəri olaraq öyrəndikləri məlumatların praktik şəkildə müşahidə etmək və mütəxəsiz tövsiyəsi eşitmək onlarda coğrafiya elminə daha da maraq oyatdı

Ətraflı

"Kiçik Akademiya" elmi şurasının növbəti yığıncağıTəhsil Nazirinin ümumitəhsil sahəsində 14 avqust 2018 – ci il tarixli F – 550 №li əmrinin 2.6 – cı bəndinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrini icra etmək məqsədi ilə məktəbdə “Kiçik Akademiyanın” fəaliyyəti diqqət mərkəzində saxlanılır. Bu məqsədlə “Kiçik Akademiyanın” növbəti Şura iclası keçirildi.Yığıncaqda gündəlikdə duran əsas məsələ son dövrdə akademiya üzvlərinin fəaliyyətini izləmək idi. Yaradıcılıq və elmi – tədqiqat işinə meyl və maraq göstərən şagirdlərin elmi dünya görüşünün formalaşması məqsədi ilə onlara təhkim olunmuş müəllimlərlə birlikdə öncədən müxtəlif mövzular üzrə tədqiqat işi aparmaq tapşırılmışdır. Şagirdlərin arzu və maraqlarına uyğun olaraq seçilən mövzular ətrafında səmərəli fəaliyyət mexanizminin yaradılması şagirdlərin tədqiqatçılıq qabiliyyətini inkişaf etdirir. Şura üzvləri ayrı – ayrı elmi işçilərin müxtəlif fənlər üzrə apardıqları tədqiqat işlərinin təqdimatına baxdılar. Şagirdlərin sərbəst fəaliyyətinin ön plana çıxarılmasının vacibliyi vurğulandı. Məruzə və çıxışlar əsasında çıxarılan qərarların icrası ayrı – ayrı bölmələrin üzvlərinə tapşırıldı.

Ətraflı

Kiçik Akademiyanın səyyar çıxışıMəktəbimizdə keçirilən “Kiçik Akademiya”nın bir illik hesabatında iştirak edən məktəblərdən şagirdlərimizin təqdimatlarının səyyar olması təklifini aldığımız üçün belə çıxışlara start verdik. "Kiçik Akademiya”mızın ilk səyyar çıxışı Xətai rayonunda yerləşən 254 nömrəli orta məktəbdə, riyaziyyat müəllimi Mahirə müəllimənin təşkilatşılığı ilə oldu. Humanitar, təbiət və texniki fənlər kafedralarının üzvləri şagirdlər qarşısında təqdimat və tədqiqatlarını nümayiş etdirdilər. Məqsəd məktəblərdə "Kiçik akademiya"nın təşəkkülü, inkişaf etdirilməsi, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin digər məktəblilərdə motivasiya yaratması, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünya görüşünün artırmaq və məktəblilərarsı əməkdaşlığı gücləndirməkdir.  Tədbirdə məktəbimizin direktoru Məhluqə Əzizova, riyaziyyat müəllimi Günel İsmayılova, coğrafiya müəllimi Vüsalə Məmmədova, valideynlər, şagirdlər, 254 nömrəli tam orta məktəbin direktoru Feruz Həmzəyev və müəllim kollektivi iştirak etdilər. Məktəbin direktoru Məhluqə Əzizova çıxış edərək 254 nömrəli məktəbin dəvətinə görə onlara təşəkkürünü bildirdi və əlavə olaraq qeyd etdi ki, həmrəylik günü ərəfəsində bu cür tədbirlərin təşkili şagirdlərdə həmrəylik, dostluq, əməkdaşlıq çərçivəsində öyrənmək vərdişləri, təcrübələrini paylaşmaq, mübadilə etmək hisləri aşılayır, təlimə motivasiya yaradır. Sonda məktəbimizin direktoru Məhluqə Əzizova bütün tədbir iştirakçılarını həmrəylik günü münasibəti ilə təbrik etdi.

Ətraflı

“Kiçik Akademiya”nın bir illik fəaliyyətiMəktəbin illik fəaliyyət planının 1.1.1.14 bəndinə əsasən “Kiçik Akademiya”nın bir illik fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialının üzə çıxarılması üçün tədbir keçirildi.  “Kiçik Akademiya” (KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında məktəbimiz yaradılan ictimai birlikdir. KA-nın tərkibində humanitar, təbiət, texniki, estetika və s. elmi istiqamətlər üzrə bölmələr yaradılmışdır. KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı şagirdlərimizlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər KA-nın üzvləri olaraq seçilmişdir.  KA-nın təbiət fənləri üzrə üzvü 8"A" sinif şagirdi Türkanə Əliyeva "Alternativ enerji", Aidə Əliyava (8"A") "GMO", humanitar fənlər- Şəlalə Əliyeva (9"A") "Atəşgah" və Orxan Kərimli (8"B") "Oxu tar", texniki fənlər - Taleh Həsənov (11"A") "Rar və Zip proqramlarının şifrəsinin sındırılması", İranə Mirzəzadə(5"B") "Əlverişli vurma üsulları", estetika kafedrası Sənanə Əzimova "Xarı bülbül" (8"A") mövzusunda tədqiqat işlərini tədbirdə təqdim etdilər.  Tədbirdə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi Təhsil sektorunun baş məsləhətçisi Camal Bağırov, Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə elmlər doktoru Etibar Bədəlov, Saray 2 saylı məktəbin direktoru Fikrət Balakişiyev, İnformatika müəllimi Gülnarə Bayramova, 97 nömrəli məktəbin direktor müavini  Fəridə Haqverdiyeva, 85 nömrəli məktəbin direktor müavini Vəli Məmmədov, 226 nömrəli məktəbin direktoru Qardaşxan Səlimov, 182 nömrəli məktəbin kimya müəllimi Zərövşən Ömərova, 208 nömrəli məktəbin Uşaq birliyi rəhbəri Təranə Əliyeva, 84 nömrəli məktəbin xarici dil müəllimi Əsgərova Solmaz iştirak etdi.

Ətraflı

Kiçik Akademiyanın hesabatıAzərbaycan Respublikasının Təhsil Nazirliyinin 21.08.2008-ci il tarixli 63 nömrəli əmrinə əsasən "Kiçik Akademiya" təsis olunmuşdur. Məktəbimizdə yaradılmış "Kiçik Akademiya"nın yığıncağı keçirildi. Məqsəd məktəbin istedadlı şagirdlərinin fəaliyyətini məqsədyönümlü şəkildə inkişaf etdirmək, yüksək intelektə malik yeni nəsli formalaşdırmaqdır. Apardıqları tədqiqat işləri nəticəsində şagirdlərin özünü tənqidi, inkişafı, elmi-tədqiqat işlərinin aparılması yollarını öyrənmək, öz bacarıqlarını inkişaf etdirməklə intelektual biliklərini nümayiş etdirdilər. "Kiçik Akademiya"nın prezidenti Günel İsmayılova tədbirdə balaca tədqiqatçıların işlərindən və növbəti dərs ilində görüləcək işlərdən danışdı. Təbiət fənlər kafedrasının balaca tədqiqatçıları öz işlərini nümayiş etdirdilər. Biologiya fənnindən "Toxumun cücərməsi" mövzusunuda 7"A" sinif şagirdi Aidə Əliyeva apardığı tədqiqat işinin nəticəsinin hesabatını verdi. Toxumun cücərməsi üçün lazım olan şərtləri su, hava, temperatur haqqında məlumat verdi. Toxumun hər gün cücərməsi anlarını izləmiş, şəkillərini çəkmişdir. Coğrafiyadan "Külək enerjisi" mövzusunda 7"A" sinif şagirdi Türkanə Əliyeva tədqiqat işindən danışdı. Fikrini belə tamamladı ki, Bakı küləklər şəhəri olduğu üçün gələcəkdə külək enerjisindən istifadə edən şəhrərlərin sayını artırmaq olar. Humanitar fənlər kafedrasından 8"A" sinif şagirdi Şəlalə Səfərzadə "Naxçıvan- Yeyicə adət ənənələri" mövzusunda tədqiqatını nümayiş etdirdi. Xarici dillər kafedrasının kiçik tədqiqatçıları 8"A" sinif şagirdi Ofelya Abbasova (Fransız dili) və Şəlalə Səfərzadə (İngilis dili) "Fransa - Azərbaycanın", "İngiltərə -Azərbaycanın" tarixi abidələri ilə apardıqları araşdırmalardan danışıldı. Texniki elmlər kafedrasından 7"C" sinif şagirdi Kənan Musalı və Murad Dəmirov "Səs dalğalarının yayaılması" mövzusuna aid tullantılardan cihazlar yaratmışdılar. Əyani çəkildə cihazları təqdim etdilər. Sonda ayrı-ayrı kafedralar yay tətili günlərində alimlərlə əlaqə yaradaraq verilmiş mövzular üzərində tədqiqat işləri aparmağı tapşırıldı.Tədbirin sonunda məktəbin direktoru Məhluqə Əzizova "Kiçik Akademiya"nın üzvlərinə uğurlar arzuladı.

Ətraflı

"Kiçik Akademiya"sının Xarici dillər bölməsiMəktəbimizin "Kiçik Akademiya"sının Xarici dillər bölməsinin üzvləri və müəllimlərimiz Azərbaycan Xarici Dillər Universitetində məktəb - universitet yaratmaq üçün şagirdlərlə alimlərin görüşü keçirildi. Məqsəd şagirdlərdə xarici dillərə marağı artırmaq, dünya arenasına çıxarmaqda dillərin əhəmiyyətini öyrənmək, universitetlə-məktəb arasında əməkdaşlıq körpüsü yaratmaqdır. Şagirdlər Bakı, Paris, Londonun tarixi abidələri, həmin ölkələr və "Kiçik Akademiya" haqqında məlumat verdilər. Məktəblilər 3 dildə şeirlər, mahnılar və kiçik səhnələrlə universitet müəllimləri qarşısında çıxış etdilər. "Kiçik Akademiyanın" üzvləri universitetin kitabxanası və ayrı-ayrı kafedraları ilə tanış oldular. Məktəbin xarici dil müəllimləri Orucəliyeva Almas, Şamilova Kəmalə, Ağayeva Gülnarə, "Kiçik Akademiya"nın üzvləri Ofeliya, Nigar, Təhminə, Türkanə, Murad, Arif, Samirə, Zəhra, Aygül, Elsevər, İbrahim, Ülviyyə, Gülüstan, Fərid, Şəlalə, Əfsanə əməkdaşlıqdan razı qaldılar. Universitet rəhbərliyinin qayğısından məmnun oldular. Görüşdə Universitetin yeni rektoru professor Əfqan Abdullayev, professorlardan Məsmə Qazıyeva, Gülbəniz Camalova, Çəmən Babaxanova, dosentlərdən Rəfiqə İsayeva, Ə.Gülnarə, Q.Vidadi iştirak edirdi. Əməkdaşlardan Vidadi müəllim, Bikəxanım müəllimə "Kiçik Akademiya"nın xarici dillər bölməsinin təşkilini sevinclə qarşıladılar, öz faydalı tövsiyyələrini verdilər. Məktəbin belə yaradıcı addımını alqışladılar. Sonda rektor Əfqan müəllim şagirdlərə uğurlar arzulayaraq, universitetin məktəbimizə qonaq olacağını vurğuladılar.

Ətraflı

Kiçik AkademiyaAzərbaycan Respublikasının Təhsil Nazirliyinin 21.08.2008- ci il tarixli 63 №- li əmrinə əsasən məktəblərdə "Kiçik Akademiya" təsis olunmuşdur. Məktəbimizdə bu gün "Kiçik Akademiya"nın təsis konfransı keçirildi. "Kiçik Akademiya"nı təşkil etməkdə məqsəd məktəbin istedadlı şagirdlərinin fəaliyyətini məqsədyönlü şəkildə inkişafına kömək etmək, yüksək intelektə malik yeni nəslin formalaşmasına xidmət etməkdən ibarətdir. Şagirdlərin özünü təsdiqi, inkişafında, elmi- tədqiqat işinin aparılması yollarını öyrənməkdə, öz bacarıqlarını nümayiş etdirməkdə "Kiçik Akademiya"nın əhəmiyyətli rolu olacaqdır. İlk öncə "Kiçik Akademiya"nın bayrağına münasibət bildirildi. Yığıncaqda Akademiyanın prezidenti 11A sinif şagirdi Cavid Rzayev, vitze prezidenti 9A sinif şagirdi Gündüz Hüseynov, baş məsləhətçisi 8B sinif şagirdi Sevinc Ələsgərova seçildi. Kiçik Akademiyanın kafedraları yaradıldı: 1. Humanitar elmlər kafedrası - Bayramova Gülüstan (8-ci sinif), 2. Təbiət elmləri kafedrası - Eyyubova Aytac (9-cu sinif), 3.Texniki elmlər kafedrası Dəmirov Murad (7-ci sinif), 4. XArici dillər kafedrası- Abbasova Ofelya (8-ci sinif), 5. Gənc proqramistlər kafedrası - Həsənov Taleh(10-cu sinif). Kafedraların üzvləri seçildi tədqiqat mövzuları müəyyənləşdirildi. Yığıncaqda məktəbin direktoru Məhluqə Əzizova, direktor müavini Səfa Orucəliyev, psixoloq Heyran Səfərova, UBR Mədinə İsgəndərova, sinif rəhbərlərindən Şahpəri Vəliyeva, Zalova Kəminə, Şamilova Kəmalə iştirak etdi

Ətraflı
HAQQIMIZDA

Suraxanı rayonu ...

BİZİM FƏXRLƏRİMİZ

Aygül Abbasbəyli Yaşar

Arzu Camalova Zeynal

HAQQIMIZDA

Suraxanı rayonu ...

BİZİM FƏXRLƏRİMİZ

Aygül Abbasbəyli Yaşar

Arzu Camalova Zeynal

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi