Suraxanı rayonu "Kiçik Akademiya" ların birillik fəaliyyətinə həsr olunan hesabat tədbiri keçirildi
Məktəbimizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən mühüm dövlət proqramlarının icrasına xüsusi məsuliyyətlə yanaşılır. Belə proqramlardan biri də 2006 – cı il 17 aprel tarixində respublika prezidentinin sərəncamı ilə təsdiq edilmiş dövlət proqramıdır. Həmin proqramın mühüm məsələlərindən olan Kiçik Akademiyanın fəaliyyətinə də xüsusi diqqət yetirilir. 2017 – ci ildən bəri məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın düzgün təşkil edilmiş işi sayəsində şagirdlərimizdə sistemli təqiqatçılıq qabiliyyəti formalaşdırılmış, mövcud yaradıcılıq patensialı nəzərə alınmaqla gələcək peşə istiqamətləri müəyyənləşdirilmiş , elmi yaradıcılığa ciddi maraq yaradılmışdır. Səmərəli fəaliyyət göstərən akademiyamız tanınmış alim və mütəxəssislərin istedadlı şagirdlərlə işə cəlb olunmasına ,tədqiqatçılıq bacarığı olan şagirdlərdə elmi cəmiyyətlərdə , intellektual klub və dərnəklərdə elmi məruzə ilə çıxış edə bilmək vərdişləri yaradılmışdır.
Məlum şəraitlə əlaqədar olaraq , şagirdlərimiz ötən bir il ərzində öz elmi fəaliyyətlərini distant şəkildə davam etdirmiş , pandemiya şəraitinin şərtlərinin imkan verdiyi dərəcədə tədqiqatlar aparmışlar.
Məktəbimiz Suraxanı rayonu məktəblərində fəaliyyət göstərən Kiçik Akademiyalar üzrə mərkəz təyin edilmişdir. Suraxanı rayonu məktəblərində fəaliyyət göstərən Kiçik Akademiyaların birillik fəaliyyətini təhlil etmək məqsədilə 09.06.2021 – ci il tarixində online şəkildə hesabat tədbiri keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktor əvəzi S . Orucəliyev açdı. Daha sonra məktəb üzrə Kiçik Akademiyanın rəhbəri G. İsmayılova hesabat məruzəsi ilə çıxış etdi.
Məruzəçi Kiçik Akademiyaların nəzdində fəaliyyət göstərən müxtəlif kafedraların fəaliyyətindən tədqiqat işlərinin təşkilindən və məktəblərin qarşılıqlı əməkdaşlığından danışdı. Daha sonra müxtəlif məktəblərin Kiçik Akademiyalarının üzvləri olan şagirdlərin ayrı – ayrı mövzularda aparılan tədqiqat işləri nümayiş olundu.
Rayon üzrə 76, 327 ,208, 279 , 232 nömrəli məktəblərin şagirdləri slaydlarla müşayiət olunan tədqiqat işlərini nümayiş etdirdilər.