Dilavər Əliheydər oğlu Məmmədzadə 1962-ci ilin iyunun 22-də Suraxanı rayonunda anadan olub.
1969-cu ildə 232 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra 20 saylı Texniki- peşə məktəbində çilingər peşəsinə yiyələnib, iş fəaliyyətinə 3 saylı qarajda başlayıb.
Dilavər Məmmədzadə 1981- ci ildə Milli Ordu sıralarına çağırılıb. Almaniyada hərbi xidmətdə olan Dilavər Məmmədzadə 3 dəfə Tərifnamə alıb.
1992- ci ildə hərbi komisarlıq Dilavər Məmmədzadəni tankçı kimi ön cəbhə bölgəsinə göndərib. Ağdam rayonun Fərrux yüksəkliyində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 26-da mühasirəyə düşən döyüşçü yoldaşlarını xilas edərkən ağır yaralanaraq həlak olub. Şəhidlər Xiyabanında dəfn edilib.
Dilavər Məmmədzadə ailəli idi. Yeganə qız övladı İranə atasının adını daşıyan 232 nömrəli tam orta məktəbdə oxuyub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 232 nömrəli tam orta məktəb Dilavər Məmmədzadənin adını daşıyır. Məktəbdə onun büstü qoyulub, vaxtilə yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.