“Kiçik Akademiya”nın iclası keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-103№-li əmrini icra etmək məqsədi ilə məktəbdə “Kiçik Akademiya”nın fəaliyyəti diqqət mərkəzində saxlanılır. Bu məqsədlə “Kiçik Akademiya”nın növbəti onlayn Şura iclası keçirildi. Yığıncaqda gündəlikdə duran əsas məsələ son dövrdə akademiya üzvlərinin fəaliyyətini izləmək idi. Yaradıcılıq və elmi – tədqiqat işinə meyil və maraq göstərən şagirdlərin elmi dünya görüşünün formalaşması məqsədi ilə onlara təhkim olunmuş müəllimlərlə birlikdə öncədən müxtəlif mövzular üzrə tədqiqat işi aparmaq tapşırılmışdır. Şagirdlərin arzu və maraqlarına uyğun olaraq seçilən mövzular ətrafında səmərəli fəaliyyət mexanizminin yaradılması şagirdlərin tədqiqatçılıq qabiliyyətini inkişaf etdirir. Şura üzvləri ayrı – ayrı elmi işçilərin müxtəlif fənlər üzrə apardıqları tədqiqat işlərinin təqdimatına baxdılar. İclasda məktəbin direktoru Orucəliyev Səfa, təlim-tərbiyə işləri üzrə direktor müavini İsmayılova Günel və kafedra üzvləri iştirak etdilər. Şagirdlərə müəyyən tövsiyələr verildi. Məruzə və çıxışlar əsasında çıxarılan qərarların icrası ayrı – ayrı bölmələrin üzvlərinə tapşırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi