"KA" üzvlərinin “Ədəbiyyat və həyat: təxəyyüldən gerçəkliyə” mövzusunda tədqiqat işi
Humanitar fənlər kafedrası üzrə 8”A” sinif şagirdi Quluzadə Lalə “Ədəbiyyat və həyat: təxəyyüldən gerçəkliyə” mövzusunda tədqiqat aparmışdır. Ona bu işdə elmi rəhbəri Novruzlu Rahilə kömək etmişdir. Mövzu ilə bağlı hazırladığı təqdimatda Q.Lalə işinin məqsədini, mahiyyətini ətraflı izah etmişdir. O, tədqiqat zamanı bir sıra əsərləri mütaliə etmiş və öz işində həmin əsərlərdən istifadə etmişdir. Həm Azərbaycan, həm dünya ədəbiyyatından seçdiyi nümunələr əsasında müqayisələr aparmış, yeni fikirlər irəli sürmüşdür. Təqdimatda mövzuya uyğun olaraq fotolar yer almışdır. Burada, həmçinin tədqiqata hazırlıq prosesini əks etdirən şəkillərə də yer verilmişdi.