"Kiçik Akademiya"sının Xarici dillər bölməsi

Məktəbimizin "Kiçik Akademiya"sının Xarici dillər bölməsinin üzvləri və müəllimlərimiz Azərbaycan Xarici Dillər Universitetində məktəb - universitet yaratmaq üçün şagirdlərlə alimlərin görüşü keçirildi. Məqsəd şagirdlərdə xarici dillərə marağı artırmaq, dünya arenasına çıxarmaqda dillərin əhəmiyyətini öyrənmək, universitetlə-məktəb arasında əməkdaşlıq körpüsü yaratmaqdır. Şagirdlər Bakı, Paris, Londonun tarixi abidələri, həmin ölkələr və "Kiçik Akademiya" haqqında məlumat verdilər. Məktəblilər 3 dildə şeirlər, mahnılar və kiçik səhnələrlə universitet müəllimləri qarşısında çıxış etdilər. "Kiçik Akademiyanın" üzvləri universitetin kitabxanası və ayrı-ayrı kafedraları ilə tanış oldular. Məktəbin xarici dil müəllimləri Orucəliyeva Almas, Şamilova Kəmalə, Ağayeva Gülnarə, "Kiçik Akademiya"nın üzvləri Ofeliya, Nigar, Təhminə, Türkanə, Murad, Arif, Samirə, Zəhra, Aygül, Elsevər, İbrahim, Ülviyyə, Gülüstan, Fərid, Şəlalə, Əfsanə əməkdaşlıqdan razı qaldılar. Universitet rəhbərliyinin qayğısından məmnun oldular. Görüşdə Universitetin yeni rektoru professor Əfqan Abdullayev, professorlardan Məsmə Qazıyeva, Gülbəniz Camalova, Çəmən Babaxanova, dosentlərdən Rəfiqə İsayeva, Ə.Gülnarə, Q.Vidadi iştirak edirdi. Əməkdaşlardan Vidadi müəllim, Bikəxanım müəllimə "Kiçik Akademiya"nın xarici dillər bölməsinin təşkilini sevinclə qarşıladılar, öz faydalı tövsiyyələrini verdilər. Məktəbin belə yaradıcı addımını alqışladılar. Sonda rektor Əfqan müəllim şagirdlərə uğurlar arzulayaraq, universitetin məktəbimizə qonaq olacağını vurğuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi