Kiçik Akademiyanın səyyar çıxışı

Məktəbimizdə keçirilən “Kiçik Akademiya”nın bir illik hesabatında iştirak edən məktəblərdən şagirdlərimizin təqdimatlarının səyyar olması təklifini aldığımız üçün belə çıxışlara start verdik. "Kiçik Akademiya”mızın ilk səyyar çıxışı Xətai rayonunda yerləşən 254 nömrəli orta məktəbdə, riyaziyyat müəllimi Mahirə müəllimənin təşkilatşılığı ilə oldu. Humanitar, təbiət və texniki fənlər kafedralarının üzvləri şagirdlər qarşısında təqdimat və tədqiqatlarını nümayiş etdirdilər. Məqsəd məktəblərdə "Kiçik akademiya"nın təşəkkülü, inkişaf etdirilməsi, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin digər məktəblilərdə motivasiya yaratması, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünya görüşünün artırmaq və məktəblilərarsı əməkdaşlığı gücləndirməkdir.  Tədbirdə məktəbimizin direktoru Məhluqə Əzizova, riyaziyyat müəllimi Günel İsmayılova, coğrafiya müəllimi Vüsalə Məmmədova, valideynlər, şagirdlər, 254 nömrəli tam orta məktəbin direktoru Feruz Həmzəyev və müəllim kollektivi iştirak etdilər. Məktəbin direktoru Məhluqə Əzizova çıxış edərək 254 nömrəli məktəbin dəvətinə görə onlara təşəkkürünü bildirdi və əlavə olaraq qeyd etdi ki, həmrəylik günü ərəfəsində bu cür tədbirlərin təşkili şagirdlərdə həmrəylik, dostluq, əməkdaşlıq çərçivəsində öyrənmək vərdişləri, təcrübələrini paylaşmaq, mübadilə etmək hisləri aşılayır, təlimə motivasiya yaradır. Sonda məktəbimizin direktoru Məhluqə Əzizova bütün tədbir iştirakçılarını həmrəylik günü münasibəti ilə təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi