"Kiçik Akademiya" elmi şurasının növbəti yığıncağı

Təhsil Nazirinin ümumitəhsil sahəsində 14 avqust 2018 – ci il tarixli F – 550 №li əmrinin 2.6 – cı bəndinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrini icra etmək məqsədi ilə məktəbdə “Kiçik Akademiyanın” fəaliyyəti diqqət mərkəzində saxlanılır. Bu məqsədlə “Kiçik Akademiyanın” növbəti Şura iclası keçirildi.Yığıncaqda gündəlikdə duran əsas məsələ son dövrdə akademiya üzvlərinin fəaliyyətini izləmək idi. Yaradıcılıq və elmi – tədqiqat işinə meyl və maraq göstərən şagirdlərin elmi dünya görüşünün formalaşması məqsədi ilə onlara təhkim olunmuş müəllimlərlə birlikdə öncədən müxtəlif mövzular üzrə tədqiqat işi aparmaq tapşırılmışdır. Şagirdlərin arzu və maraqlarına uyğun olaraq seçilən mövzular ətrafında səmərəli fəaliyyət mexanizminin yaradılması şagirdlərin tədqiqatçılıq qabiliyyətini inkişaf etdirir. Şura üzvləri ayrı – ayrı elmi işçilərin müxtəlif fənlər üzrə apardıqları tədqiqat işlərinin təqdimatına baxdılar. Şagirdlərin sərbəst fəaliyyətinin ön plana çıxarılmasının vacibliyi vurğulandı. Məruzə və çıxışlar əsasında çıxarılan qərarların icrası ayrı – ayrı bölmələrin üzvlərinə tapşırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi