“Kiçik Akademiya rəhbərlərinə təlimlərin keçirilməsi” layihəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinın “Təhsildə İnkişaf və İnnovasiyalar” üzrə III qrand müsabiqəsi çərçivəsində 232 №li tam orta məktəb “Kiçik Akademiya rəhbərlərinə təlimlərin keçirilməsi” layihəsi ilə qalib olmuşdur. 20.09.2019 – cu il məktəbdə layihənin açılışı oldu. Tədbirdə məktəbin direktoru layihə rəhbəri Məhluqə Əzizova layihə haqqında məlumat verdi. Layihənin məqsəd və vəzifələrini tədbir iştirakçılarına çatdırıb qeyd etdi ki, artıq məktəblərdə təhsil şagirdlərə təkcə bilik verməyi deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Müasir məktəblərin əsas vəzifəsi təlim prosesində şagirdin təfəkkürünün inkişafı üçün ona bilik ötürmək deyil, bilik qazanmaq üçün şərait yaratmaqdır. Bu istiqamətdə ümumi təhsil məktəblərində fəaliyyət göstərən “Kiçik Akademiya”lar bu amala xidmət edir. Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq “Kiçik Akademiya”ların əsas vəzifləridir. Bildiyimiz kimi “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Azərbaycan Respublikası təhsil nazirinin 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinin 2.6-cı bəndinin icrasını təmin etmək, istedadlı uşaq və gənclərlə aparılan işləri tənzimləmək, bu sahədə səmərəli fəaliyyət mexanizminin yaradılmasına köməklik göstərmək, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirləri sistemli həyata keçirmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin imzaladığı 29 yanvar 2019-cu il tarixli F-67 nömrəli əmrindən sonra “Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilməyə və gücləndirilməyə başlanılmışdır. Şagirdlərin Akademiyaya cəlb olunması və düzgün yönləndirilməsi Akademiyanın rəhbərlərinin fəaliyətindən çox asılıdır. Rəhbərlərin düzgün təlimatlandırılması işlərin sistemli icrasına gətirib çıxaracaqdır. Layihənin məqsədi ümumitəhsil məktəblərinə dəstək göstərilməsi məqsədi ilə məktəblərdə fəaliyyət göstərən Akademiya rəhbərlərini təlimlərə cəlb olunaraq                  “Kiçik Akademiya” daxilində icra olunan fəaliyyətin sistemli və düzgün həyata keçirilməsini  təmin edə bilməkdir.   Bu istedadlı şagirdlərin üzə çıxarılması və onlarla həyata keçirilən işlərin keyfiyyətinə birbaşa təsir göstərəcəkdir. Layihə nəticəsində “Kiçik Akademiya” üzvlərinin sayı artacaq, şagirdlərdə bu istiqamətdə maraq yaradacaqdır.  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumitəhsil məktəblərinin şagirdlərinin Sabahın Alimləri Respublika Müsabiqəsi, olimpiada və müsabiqələrdə iştirakının sayı artacaqdır. Bakı Şəhəri üzrə ””Kiçik Akademiya” rəhbərləri arasında”əməkdaşlıq yaradılacaq  ki, bu da qarşılıqlı fəaliyyət və sağlam rəqabətə gətirib çıxaracaq. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin inkişaf layihələri sektorunun baş məsləhətçisi Sevinc Əzimova, Bakı şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək mərkəzinin metodisti Tahirə Qədimova, Təhsil İnstitutunun “Yaş fiziologiyası və psixologiya” şöbəsinin dissertantı Bahar Ələkbərova – Bəylərova, “Sabahın Alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza komitəsinin rəhbəri fizika üzrə fəlsəfə doktoru Samir Orucov, AMEA – nin əməkdaşları Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin rəhbərləri və kiçik Akademiya Prezidentləri iştirak edirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi