Kiçik Akademiya
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 21.08.2008- ci il tarixli 63 №- li əmrinə əsasən məktəblərdə "Kiçik Akademiya" təsis olunmuşdur. Məktəbimizdə bu gün "Kiçik Akademiya"nın təsis konfransı keçirildi. "Kiçik Akademiya"nı təşkil etməkdə məqsəd məktəbin istedadlı şagirdlərinin fəaliyyətini məqsədyönlü şəkildə inkişafına kömək etmək, yüksək intelektə malik yeni nəslin formalaşmasına xidmət etməkdən ibarətdir. Şagirdlərin özünü təsdiqi, inkişafında, elmi- tədqiqat işinin aparılması yollarını öyrənməkdə, öz bacarıqlarını nümayiş etdirməkdə "Kiçik Akademiya"nın əhəmiyyətli rolu olacaqdır. İlk öncə "Kiçik Akademiya"nın bayrağına münasibət bildirildi. Yığıncaqda Akademiyanın prezidenti 11A sinif şagirdi Cavid Rzayev, vitze prezidenti 9A sinif şagirdi Gündüz Hüseynov, baş məsləhətçisi 8B sinif şagirdi Sevinc Ələsgərova seçildi. Kiçik Akademiyanın kafedraları yaradıldı: 1. Humanitar elmlər kafedrası - Bayramova Gülüstan (8-ci sinif), 2. Təbiət elmləri kafedrası - Eyyubova Aytac (9-cu sinif), 3.Texniki elmlər kafedrası Dəmirov Murad (7-ci sinif), 4. XArici dillər kafedrası- Abbasova Ofelya (8-ci sinif), 5. Gənc proqramistlər kafedrası - Həsənov Taleh(10-cu sinif). Kafedraların üzvləri seçildi tədqiqat mövzuları müəyyənləşdirildi. Yığıncaqda məktəbin direktoru Məhluqə Əzizova, direktor müavini Səfa Orucəliyev, psixoloq Heyran Səfərova, UBR Mədinə İsgəndərova, sinif rəhbərlərindən Şahpəri Vəliyeva, Zalova Kəminə, Şamilova Kəmalə iştirak etdi