Kiçik Akademiyanın hesabatı

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 21.08.2008-ci il tarixli 63 nömrəli əmrinə əsasən "Kiçik Akademiya" təsis olunmuşdur. Məktəbimizdə yaradılmış "Kiçik Akademiya"nın yığıncağı keçirildi. Məqsəd məktəbin istedadlı şagirdlərinin fəaliyyətini məqsədyönümlü şəkildə inkişaf etdirmək, yüksək intelektə malik yeni nəsli formalaşdırmaqdır. Apardıqları tədqiqat işləri nəticəsində şagirdlərin özünü tənqidi, inkişafı, elmi-tədqiqat işlərinin aparılması yollarını öyrənmək, öz bacarıqlarını inkişaf etdirməklə intelektual biliklərini nümayiş etdirdilər. "Kiçik Akademiya"nın prezidenti Günel İsmayılova tədbirdə balaca tədqiqatçıların işlərindən və növbəti dərs ilində görüləcək işlərdən danışdı. Təbiət fənlər kafedrasının balaca tədqiqatçıları öz işlərini nümayiş etdirdilər. Biologiya fənnindən "Toxumun cücərməsi" mövzusunuda 7"A" sinif şagirdi Aidə Əliyeva apardığı tədqiqat işinin nəticəsinin hesabatını verdi. Toxumun cücərməsi üçün lazım olan şərtləri su, hava, temperatur haqqında məlumat verdi. Toxumun hər gün cücərməsi anlarını izləmiş, şəkillərini çəkmişdir. Coğrafiyadan "Külək enerjisi" mövzusunda 7"A" sinif şagirdi Türkanə Əliyeva tədqiqat işindən danışdı. Fikrini belə tamamladı ki, Bakı küləklər şəhəri olduğu üçün gələcəkdə külək enerjisindən istifadə edən şəhrərlərin sayını artırmaq olar. Humanitar fənlər kafedrasından 8"A" sinif şagirdi Şəlalə Səfərzadə "Naxçıvan- Yeyicə adət ənənələri" mövzusunda tədqiqatını nümayiş etdirdi. Xarici dillər kafedrasının kiçik tədqiqatçıları 8"A" sinif şagirdi Ofelya Abbasova (Fransız dili) və Şəlalə Səfərzadə (İngilis dili) "Fransa - Azərbaycanın", "İngiltərə -Azərbaycanın" tarixi abidələri ilə apardıqları araşdırmalardan danışıldı. Texniki elmlər kafedrasından 7"C" sinif şagirdi Kənan Musalı və Murad Dəmirov "Səs dalğalarının yayaılması" mövzusuna aid tullantılardan cihazlar yaratmışdılar. Əyani çəkildə cihazları təqdim etdilər. Sonda ayrı-ayrı kafedralar yay tətili günlərində alimlərlə əlaqə yaradaraq verilmiş mövzular üzərində tədqiqat işləri aparmağı tapşırıldı.Tədbirin sonunda məktəbin direktoru Məhluqə Əzizova "Kiçik Akademiya"nın üzvlərinə uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi