"Kiçik Akademiya"nın hesabatı

Azərbaycan Respublikası Təhsil Nazirinin 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinin 2.6 bəndinin , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07.02.2019-cu il tarixli F-90 nömrəli əmrinin 2.4.4 bəndinin  və məktəbin fəaliyyət planının icrası ilə bağlı 29.04.2019-cu il tarixində “Kiçik Akademiya” üzvlərinin təqdimatı  keçirildi. Məqsəd “Kiçik Akademiya”nın fəaliyyətinin gücləndirilməsi, şagirdlərin potensial imkanlarının üzə çıxarılması və inkişaf etdirilməsi, onlarda ilkin tədqiqatçılıq bacarığının formalaşdırılması, şagirdlərin kiçik yaşlardan elmə, elmi araşdırmalara sövq edilməsidir. Tədbirdə Bakı Şəhər Təhsil İdarənin ümumi təhsil sektoru məsləhətçisi Camal Bağırov, Bakı Şəhər Təhsil İdarənin inkişaf  layihələri sektoru baş məsləhətçi Sevinc Əzimova, AMEA – nın coğrafiya institutu Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov Təhsil institutunun “Psixologiya və yaş fiziologiyası” kofedrasının disertantı Bahar Bəylərova- Ələkbərova, təhsil müəsisələrinin rəhbərləri və kiçik akademiyanın prezidentləri, müəllimlər, şagirdlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himni və Kiçik akademiya hərs olunan musiqi nömrəsi ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məhluqə Əzizova qonaqları salamladıqdan sonra “Kiçik akademiya” da aparılan tədqiqat işlərin şagirdlərin yaradıcı potensialını üzə çıxarmaqla bərabər, onlarda müxtəlif elm sahələrinə nəzəri biliklə təcrübəni ümumiləşməsinə dərin maraq yaratdığını vurğuladı daha sonra akademiyanın prezidenti Günel İsmayılova çıxışında məktəbdə yaradılan akademiyanın strukturu və iş fəaliyyəti barədə geniş məlumat verdi. Yeniliyə açıq, elmi axtarışlara meyilli müəllimlərin və tədqiqata könüllü yanaşan şagirdlərin aparıcı amil olduğunu qeyd edən məruzəçi məktəb şagirdlərinin müxtəlif elmi tədqiqat institutlarında, muzeylərdə tədris eksperiment sahələrində, tibb ocaqlarında, sənaye müəssisələrində olduğunu bildirdi. Daha sonra müxtəlif  bölmələr üzrə kiçik tədqiqat işləri aparan şagirdlərin təqdimatları nümayiş olundu. Sonda  Bakı Şəhər Təhsil İdarənin inkişaf  layihələri sektoru baş məsləhətçi Sevinc Əzimova, Bakı Şəhər Təhsil İdarənin ümumi təhsil sektoru məsləhətçisi Camal Bağırov  və digərləri akademiyanın fəaliyyətini qiymətləndirdilər, tövsiyyə və təkliflərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi