"Kiçik Akademiya"nın fəaliyyəti genişləndirilir

232 №li tam orta məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar" üzrə III qrant müsabiqəsində “Kiçik Akademiya prezidentlərinə təlimlərin keçirilməsi” layihəsi ilə qalib olmuşdur. “Kiçik Akademiya” rəhbərləri üçün təlimlər layihəsinin həyata keçirilməsinin əsas məqsədi Akademiya rəhbərlərinin təlimlərə cəlb olunaraq “Kiçik Akademiya” daxilində icra olunan fəaliyyətin sistemli və düzgün həyata keçirə bilməsini təmin edə bilməkdir. Bu istedadlı şagirdlərin üzə çıxarılması və onlarla həyata keçirilən işlərin keyfiyyətinə birbaşa təsir göstərəcəkdir.         İcra planına uyğun olaraq “Kiçik Akademiya” rəhbərlərinə təlimlər başlandı. 19.10.2019-cu il tarixdə 60 № -li məktəbdə Yasamal, Nərimanov, Binəqədi, Nəsimi və Səbail rayon ümumtəhsil məktəblərinin akademiya prezidentlərinə təlim keçirildi. Təlimi “Sabahın Alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza komitəsinin rəhbəri fizika üzrə fəlsəfə doktoru Samir Orucov apardı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi