Kiçik Akademiya

Riyaziyyat fənnindən "Breyn-rinq" intelektual yarış19.12.2023-cü il tarixində Kiçik Akademiyanın Riyaziyyat kafedrasının rəhbəri, məktəbin riyaziyyat müəllimi Qənirə Məmmədova və Akademiyanın üzvü, 8a sinif şagirdi Zeynallı Zəhra ilə birlikdə Riyaziyyat fənnindən "Breyn-rinq" intelektual yarış təşkil etdilər. 6b, 6c, 6d şagirdləri hər sinifdən 1 qrup olmaqla ümümi 3 qrup iştirak etdi. Breyn-rinq 3 mərhələdən və 1 sual-cavab mərhələsindən ibarət idi. 1-ci mərhələ 3 asan tipli misaldan 2-ci mərhələ 3 asan və çətin tipli misal məsələdən 3-cü qrup çətin tipli məsələdən ibarətdir. Sual-cavab mərhələsi isə hər birində 3 sual olmaqla 10 ballıq, 20 ballıq və 30 balllıq suallardan ibarət idi. Breyn-rinq yarışmasında 6c sinif şagirdləri qalib gəldi. Qalib gələn şagirdlər rəmzi hədiyyələrlə təltif olundular. "Breyn-rinq" intelektual yarışı məktəbin direktoru Ruhiyyə İbrahimova, məktəbin riyaziyyat müəllimləri Qənirə Məmmədova, İlahə Qəhrəmanova, Rübabə Nağıyeva, kimya müəllimi Könül Məmmədova və UBR Arzu Məmmədova izlədilər.

Ətraflı

"KİÇİK AKADEMİYA"NIN TƏŞKİLATÇILIĞI İLƏ TƏLTİFETMƏ MƏRASİMİ KEÇİRİLMİŞDİRDekabrın 6-sı 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə təşkil olunmuş II mərhələ üzrə rayon konfransının qalibləri, fərqlənənləri və iştirakçılarının təltifetmə mərasimi keçirilmişdir. Təltifetmə Azərbaycan Respublikasının Dövlət Himni başlandı. Ümummilli lider Heydər Əliyevin, Şəhidlərimizin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərkəz məktəbin direktoru Nizami Qasımzadə qonaqları, şagirdləri salamlayaraq təltifetmə mərasimi haqqında danışdı. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev rayon konfransının 2 mərhələdə keçirilməsi, qaliblərin münsiflər heyəti tərəfindən obyektiv, düzgün seçilməsi, Sabahın alimləri müsabiqəsində qaliblərin iştirakı və cari məsələlər haqqında danışdı. Konfrasın qalibləri, fərqlənənləri və iştirakçıları Mərkəz Məktəbin rəhbərliyi tərəfindən Diplom və Təşəkkürnamə ilə təltif olundular.

Ətraflı

İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ARAŞDIRMALARIN TƏQDİMATI14.11.2023-cü il tarixində "Kiçik Akademiya"nın rəhbəri Arzu Məmmədovanın təşkilatçılığı və 8c sinif şagirdlərinin iştirakı ilə "Uşaq hüquqları aylığı çərçivəsində insan hüquqlarının müdafiəsi sahəsində araşdırmaların təqdimatı keçirilmişdir. "Kiçik Akademiya"nın üzvləri 8a sinif şagirdləri Zeynallı Zəhra və Aslanova Fatimə İnsan hüquqları haqqında təqdimat təqdim etdilər. Hazırladıqları təqdimatda şagirdlər insan hüquqları haqqında ətraflı məlumatlar verdilər. Təqdimatlar şagirdlər tərəfindən maraqla qarşılandı.

Ətraflı

"ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN TƏBİİ SƏRVƏTLƏRİMİZİN QORUNMASINDA VƏ İNKİŞAFINDA ROLU" MÖVZUSUNDA TƏQDİMAT İŞİ23.11.2023-cü il tarixində "Kiçik Akademiya"nın biologiya fakültəsinin üzvü məktəbin 8a sinif şagirdi Əzimli Zəhra "Ulu öndər Heydər Əliyevin təbii sərvətlərimizin qorunmasında və inkişafında rolu" mövzusunda təqdimat işi ilə çıxış etdi. Təqdimatı məktəbin biologiya müəllimi Nüşabə Abdullayeva, "Kiçik Akademiya"nın rəhbəri Arzu Məmmədova və 8a sinif şagirdləri izlədilər.

Ətraflı

"Kiçik Akademiya"ların 2 mərhələdə rayon konfransı22.11.2023-cü il tarixində Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə Sabunçu rayonu ümumtəhsil müəssisələrinin "Kiçik Akademiya"larının 2 mərhələdə rayon konfransı təşkil olunmuşdur. Rayon konfrasında 47 məktəbdən 39 məktəb iştirak etmiş, 8 məktəb isə üzrlü səbəblərdən iştirak edə bilməmişdir. Məktəbin 8c sinif şagirdi Aslanova Fatimə “Qarabağ ərazilərinin su ehtiyyatlarının çirklənmə dərəcəsi və fəsadları” mövzusunda tədqiqat işi aparmış və çıxışını bu mövzuda təqdim etmişdir. Araşdırma zamanı ağır metaların həddindən artıq qəbulu prosesində insan orqanizmində baş verən fəsadlar, xəstəliklər, işğal zamanı ekoloji terrora məruz qalan və ekosistemin kəskin dəyişilməsi ilə müşahidə olunan çay və digər su ehtiyatlarımız, işğaldan azad olunan torpaqlarla birlikdə azad etdiyimiz su mənbələrinin əhəmiyyəti və gələcək layihələr barədə qısaca məlumat verildi. Çıxış zamanı münsifləri maraqlandıran suallar cavablandırıldı. Xatırladaq ki, çıxış Sabunçu rayon üzrə ümumtəhsil məktəblərində keçirilən rayon konfransında 307 nömrəli tam orta məktəbdə keçirilmişdir. Nəticələr BŞTİ-yə də təqdim olunmuşdur. Nəticələrə əsasən 8c sinif şagirdi Fatimə Aslanova "Qarabağ ərazilərinin su ehtiyyatlarının çirklənmə dərəcəsi və fəsadları" mövzusunda tədqiqat işinə görə Təşəkkürnamə ilə təltif olundu.

Ətraflı

"KİÇİK AKADEMİYA"NIN TƏŞKİLATÇILIĞI KA RƏHBƏRLƏRİLƏ İCLASOktyabrın 30-u 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı KA rəhbərlərilə iclas keçirildi. İclasda Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz"Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev iştirak edərək iclasın mahiyyəti haqqında danışdı. İclasda aşağıda qeyd olunan məsələlər haqqında danışıldı: 1. Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq; 2. 21-22 noyabr tarixlərində keçiriləcək rayon konfransı haqqında məlumat; 3. Konfransın gündəliyi, təqdim olunacaq tədqiqat işləri, meyarlar və.s. Sonda KA rəhbərlərinin sualları cavablandırıldı.

Ətraflı

"Heydər Əliyev ili" çərçivəsində Təqdimat-görüş təşkil olunduÜmummilli lider Heydər Əliyevin 100 illik yubileyi, "Heydər Əliyev ili" çərçivəsində 29.04.2023-cü il tarixində məktəbin ingilis dili müəllimi Bənövşə Mirzəyevanın təşkilatçılığı ilə Təqdimat-görüş təşkil olundu. "Kiçik Akademiya"nın ingilis dili fakültəsinin üzvləri 8b sinif şagirdləri Ümummilli lider Heydər Əliyevin həyatı və uğurlu siyasi fəaliyyəti mövzusunda təqdimatlar ilə çıxış etdilər. Görüşdə məktəbin direktor müavini Rəfiqə Hacıyeva, UBR Arzu Məmmədova iştirak etdilər.

Ətraflı

"Kiçik Akademiya"nın nəzdində İngilis dili aylığı çərçivəsində "Let"s love and protect nature" adlı intelektual yarış keçirildi    23.11.2022-ci il tarixində məktəbin ingilis dili müəllimi Könül Səfərova 6b sinif şagirdləri arasında "Let"s love and protect nature" adlı intelektual yarış təşkil etdi.     Yarış "Kiçik Akademiya"nın nəzdində İngilis dili aylığı çərçivəsində keçirildi.     Yarışın təşkilatçısı məktəbin 7a sinif şagirdi Məmmədova Gülər şagirdlərə yarışın gedişatı haqqında məlumat verdi.     Sonda fəal şagirdlər sertifikatlarla fərqləndirildilər.

Ətraflı

"Kiçik Akademiya"nın Fizika kafedrasının üzvlərinin iştirakı ilə "Fizika gecəsi"26.12.2022-ci il tarixdə məktəbin fizika müəllimi Hüseynova Pərvanə 6b və 7a sinif şagirdləri ilə birlikdə "Kiçik Akademiya"nın Fizika kafedrasının üzvlərinin iştirakı ilə "Fizika gecəsi" tədbiri keçirildi.     Tədbirdə şagirdlər tərəfindən müxtəlif təcrübələr, araşdırmalar, şeirlər və musiqilər təqdim olundu.     Məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Rəfiqə Hacıyeva, Vəfa Məmmədova və müəllimlər iştirak etdilər.

Ətraflı

"Kiçik Akademiya"nın riyaziyyat fakultəsinin üzvü Aslanova Fatimə 5d sinfində riyaziyyat fənni üzrə açıq dərs keçdi   27.02.2023-cü il tarixində məktəbin 7a sinif şagirdi, "Kiçik Akademiya"nın riyaziyyat fakultəsinin üzvü Aslanova Fatimə 5d sinfində riyaziyyat fənni üzrə açıq dərs keçdi.     Açıq dərsdə məktəbin riyaziyyat müəllimləri Məmmədova Qənirə və Həsənova Fatma iştirak etdi.     Açıq dərsdə mövzunu izah etdikdən sonra hər bir qrupa müxtəlif suallar verdilər.

Ətraflı

"AZƏRBAYCAN XALQ RƏQSLƏRİNİN ƏSASLARI" MÖVZUSUNDA SEMİNAR17.02.2023-cü il tarixində məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın Musiqi kafedrasının müəllimi Quliyeva Aynurə, kafedranın üzvləri və 7a və 7b sinif şagirdlərinin iştirakı ilə "Azərbaycan Xalq rəqslərinin əsasları" mövzusunda seminar təşkil etdi. Seminarı məktəbin 7a sinif şagirdi Aslanova Fatimə təqdim etdi. Seminarda "Kiçik Akademiya"nın rəhbəri Arzu Məmmədova iştirak etdi.

Ətraflı

"Kiçik Akademiya"nın riyaziyyat fakultəsinin üzvü Vəlizadə Elay  07.04.2023-cü il tarixində məktəbin 8a sinif şagirdi, "Kiçik Akademiya"nın riyaziyyat fakultəsinin üzvü Vəlizadə Elay 7a sinfində riyaziyyat fənni üzrə "Bərabərtərəfli və bərabəryanlı üçbucağın xassələri" mövzusunda açıq dərs keçdi.     Açıq dərsdə məktəbin riyaziyyat müəllimi Məmmədova Qənirə, fizika müəllimi Hüseynova Pərvanə və Uşaq Birliyi Rəhbəri Arzu Məmmədova iştirak etdi.     Açıq dərsdə mövzunu izah etdikdən sonra hər bir qrupa müxtəlif suallar paylandı, krossvord yarışı etdilər və şifahi sual cavablar təqdim olundu.

Ətraflı

"ƏHMƏD CAVAD YARADICILIĞI VƏ TARİXDƏ ROLU " ADLI KEÇİRİLMİŞ İNTELLEKTUAL MÜSABİQƏNİN TƏLTİFETMƏ MƏRASİMİ BAŞ TUTDUFevralın 14-ü 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə F-316 nömrəli əmrin II bəndinə əsasən Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu " adlı keçirilmiş intellektual müsabiqənin təltifetmə mərasimi baş tutdu. Təltifetmə Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev keçirilən müsabiqə və nəticələri haqqında məlumat verdi. Mərkəz məktəbin direktoru Nizami Qasımzadə tədbir iştirakçılarını və qonaqları salamlayaraq müsabiqənin təqdirəlayiq olduğunu bildirdi. Təltifetmənin bədii hissəsində 307 nömrəli tam orta məktəbin şagirdləri Əhməd Cavadın bədii irsindən şeirlər və "Şükriyyə taleyim" musiqisini səsləndirdilər. Sonda I yerin qalibləri Diplom və hədiyyələrlə, II və III yerin sahibləri Diplomla, fərqlənən və iştirak edən şagirdlər isə Sertifikatla təltif olunmuşdur. Məktəbimizin şagirdləri Ayla Məmmədova və Əli Səfərəliyev II yer tutduğuna görə Diplomla təltif olundular. Qalib olan və iştirak edən hər bir məktəbi səmimi qəlbdən təbrik edir, uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Ətraflı

"Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqənin nəticələri elan olunmuşdur28.12.2022-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələrinin "Kiçik Akademiya"ları arasında Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə keçirilən "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqənin nəticələri elan olunmuşdur. Müsabiqədə məktəbin 11c sinif şagirdləri Məmmədova Ayla və Səfərəliyev Əli II yerə layiq görülüb.

Ətraflı

"Fizika gecəsi" tədbiri keçirildi26.12.2022-ci il tarixdə məktəbin fizika müəllimi Hüseynova Pərvanə 6b və 7a sinif şagirdləri ilə birlikdə "Kiçik Akademiya"nın Fizika kafedrasının üzvlərinin iştirakı ilə "Fizika gecəsi" tədbiri keçirildi. Tədbirdə şagirdlər tərəfindən müxtəlif təcrübələr, araşdırmalar, şeirlər və musiqilər təqdim olundu. Məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Rəfiqə Hacıyeva, Vəfa Məmmədova və müəllimlər iştirak etdilər.

Ətraflı

"Zəfər günü" adlı tədbir keçirildi "Kiçik Akademiya"nın Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bağırova Şəhla və kafedranın üzvləri olan 7a, 8b, 9c sinif şagirdlərinin iştirakı ilə "Zəfər günü" adlı tədbir keçirildi.     Tədbirdə 44 günlük Vətən müharibəsində şücaət göstərən qəhrəman oğul və qızlarımız haqqında müxtəlif mövzulu video-çarxlar və döyüş yolumuzu əks etdirən səhnəciklər təqdim olundu. Şagirdlər "Zəfər günü" nə aid şeirləri qürur və fərəh hissi ilə söylədilər.     Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Rəfiqə Hacıyeva, kitabxanaçı Kifayət Həsənova, UBR, "Kiçik Akademiya"nın rəhbəri Arzu Məmmədova, psixoloq Qəmərxanım Səfərova iştirak etdilər.

Ətraflı

Online videoçarxın hazırlanması müsabiqəsi 18.10.2022-ci il tarixdə Gənclər və İdman İdarəsində "18 oktyabr - Dövlət Müstəqilliyinin bərpası günü" nə həsr olunmuş Sabunçu rayon orta məktəb şagirdləri arasında online videoçarxın hazırlanması müsabiqəsində məktəbin 10c sinif şagirdi, "Kiçik Akademiya"nın üvzü Hacıəliyeva Fatimə III (üçüncü) yeri tutduğuna görə Diplomla təltif olunur.

Ətraflı

"Kiçik Akademiya" üzvlərinin iştirakı ilə Akademiyanın I iclası keçirilib8 oktyabr 2022-ci il tarixdə məktəbdə "Kiçik Akademiya" üzvlərinin iştirakı ilə Akademiyanın I iclası keçirilib. İclasda "Kiçik Akademiya"nın rəhbəri Arzu Məmmədova üzvlərə Akademiyanın əsas iş prinsiplərindən və tədris ili ərzində görüləcək işlər barədə məlumat verib. Arzu Məmmədova həmçinin "Kiçik Akademiya"nın kafedraları, "Olimpiada" və "İmtahan" bölməsi haqqında ətraflı məlumat verib və üzvlərin sualları cavablandırıb. Sonda Humanitar və Texniki kafedraların məsləhətçi müəllimləri seçilib. "Kiçik Akademiya"nın fəaliyyətinin genişləndirilməsi üçün müvafiq işlərin yerinə yetirilməsi vacib məsələ kimi qarşıya qoyulub .

Ətraflı

8-ci Beynəlxalq Kitab Sərgisi başlayıbOktyabrın 5-dən Bakı Ekspo Mərkəzində 8-ci Beynəlxalq Kitab Sərgisi başlayıb. Sərgi-yarmarka Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2022-ci il, 5-9 Oktyabr tarixində Bakı Ekspo mərkəzində keçirilir. 05-06 oktyabrda məktəbimizin müəllimləri, "Kiçik Akademiya"nın rəhbəri, UBR Arzu Məmmədova və "Kiçik Akademiya"nın üzvləri sərgi-yarmarkada iştirak etdilər.

Ətraflı

"Yeni perspektivlər, yeni baxışlar" adlı görüş keçirildi.Sentyabrın 30-u 2022-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2022/2023-cü tədris ili üzrə "Yeni perspektivlər, yeni baxışlar" adlı görüş keçirildi. Görüş Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev bakuka.az saytının işlənilməsi, 2022/2023-cü tədris ili üzrə Fəaliyyət planının tərtibi, KA strukturunun təşkili, olimpiada mərkəzinin yaradılması, SKA TV-nin təşkili, ustad dərslərin təşkili və cari məsələlər haqqında danışdı. Sonda KA rəhbərləri tərəfindən əlavə təkliflər dinlənildi, suallara cavab verildi.

Ətraflı

Şəhidlər xiyabanında iməclik keçirildiSabunçu rayon Gənclər və İdman İdarəsi 09.09.2022-ci il tarixdə Bakixanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında iməclik keçirib. İməclikdə məktəbimizdən UBR Məmmədova Arzu və onunla birgə 5 nəfər şagird iştirak edib.

Ətraflı

"Vətənim Azərbaycandır!" vətənpərvərlik mövzusunda onlayn mahnı müsabiqəsinin mükafatlandırılma mərasimi keçirildi14.07.2022-ci il tarixində  saat 11:00-da Sabunçu rayon Gənclər və İdman İdarəsində, Sabunçu rayon gəncləri arasında keçirilmiş "Vətənim Azərbaycandır!" vətənpərvərlik mövzusunda onlayn mahnı müsabiqəsinin mükaflandırılma mərasimi keçirildi. Mərasimdə məktəbin 10c sinif şagirdi, "Kiçik Akademiya"nın üzvü Rzazadə Sevda müsabiqədə fərqləndiyinə görə Diplomla təltif olundu. Uğurlar

Ətraflı

"Su" mövzusunda təqdimat yarışı keçirildiKiçik Akademiyanın Kimya kafedrası üzrə 7-ci siniflərarası kimya fənnindən "Su" mövzusunda təqdimat yarışı keçirildi. Təqdimat "Power point" proqramı ilə hazırlanmalı, mövzu olaraq; - Su ən dəyərli kimyəvi maddə - Suyun kimyəvi xassələri - Dünyada şirin su ehtiyyatları və mənbələri -Azərbaycanda şirin su ehtiyyatları və mənbələri -Azərbaycanda Suyun çirklənmə səbəbləri (çirkab axıntıları hara gedir?) - Sudan əldə olunan enerjilər -Yağış suyundan əldə olunan enerji (Reyhanın layihəsi) və digər seçim imkanları təqdim olunmuşdu. Qaliblər 3 yerlə qiymətləndirildi. Qiymətləndirmə meyarları: - mövzunun aktuallığı -mövzunun əhatəliliyi -təkrarçılıqdan uzaq olması - təqdimetmə bacarığı - yaradıcı yanaşma - slaydın dizaynı Qaliblər: 1-ci yer - 7a - Vəlizadə Elay 2-ci yer - 7b - Qədirova Sevinc 3-cü yer -7a - İbadzadə Əsmayə Yarışda məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Rəfiqə Hacıyeva, Vəfa Məmmədova, Kimya müəllimi Yeganə Rəhimova və Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva münsiflər heyəti qismində iştirak etdilər.

Ətraflı

7a sinif şagirdi Vəlizadə Elay inşa yazı müsabiqəsində diplomla təltif edildiMəktəbin 7a sinif şagirdi Sabunçu rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev və Müasir Azərbaycan!" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində II (ikinci) yeri tutduğuna görə Diplomla təltif edilir.

Ətraflı

6a sinif şagirdi Aslanova Fatimə təqdimat nümayiş etdirdiKiçik Akademiyanın üzvü, 6a sinif şagirdi Aslanova Fatimənin Azərbaycan tarixi fənnindən "Qədim Azərbaycan dövləti - Albaniya dövləti" haqqında təqdimatı oldu. Təqdimatı 6d sinif şagirdləri və Kiçik Akademiyanın Tarix kafedrasının üzvləri dinlədilər.

Ətraflı

6a sinif şagirdi Zəhra Zeynallı təqdimat nümayiş etdirdiKiçik Akademiyanın üzvü 6a sinif şagirdi Zəhra Zeynallının Azərbaycan tarixi fənnindən "Qədim Azərbaycan dövləti - Atropatena dövləti" haqqında təqdimatı oldu. Təqdimatı 6a sinif şagirdləri və Kiçik Akademiyanın Tarix kafedrasının üzvləri dinlədilər.

Ətraflı

Elmi məqalə müsabiqəsinin qalibləri təltif edildiXocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2022-ci il tarixli Sərəncamını nəzərə alaraq Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz “Kiçik Akademiya”nın təşkilatçılığı, YAP Sabunçu Rayon təşkilatının dəstəyi ilə keçirilən “Xocalı – əsrimizin qan yaddaşı” adlı elmi-məqalə müsabiqəsinin qalibləri təltif edildi. Elmi məqalə müsabiqəsində 40-a yaxın məktəbin şagirdləri iştirak etmişdir. Təltifetmədə YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev, Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın prezidenti Sərxan Şahverdiyev, qaliblər, müəllimlər iştirak etdi. Nəticələrə əsasən 4 nömrəli tam orta məktəbin şagirdi Məmmədov Şahlar I yerə, 28 nömrəli tam orta məktəbin şagirdi Əsgərli Gülay, 69 nömrəli tam orta məktəbin şagirdi Şəkiyeva Nəzrin, 113 nömrəli tam orta məktəbin şagirdi Quliyeva Həmidə II yerə, 72 nömrəli məktəb-liseyin şagirdi Eyvazova Zəhra, 155 nömrəli tam orta məktəbin şagirdi Vəlizadə Elay III yerə, 75, 80, 81, 96, 112, 130, 187, 259 və 309 nömrəli tam orta məktəbin şagirdləri isə "FƏRQLƏNMƏYƏ" layiq görülmüşdür.

Ətraflı

Elmi məqalə müsabiqəsinin nəticələri açıqlandıElmi məqalə müsabiqəsinin nəticələri açıqlandı Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2022-ci il tarixli Sərəncamını nəzərə alaraq Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz “Kiçik Akademiya”nın təşkilatçılığı, YAP Sabunçu Rayon təşkilatının dəstəyi ilə “Xocalı – əsrimizin qan yaddaşı” adlı elmi-məqalə müsabiqəsinin nəticələri açıqlanmışdır. Elmi məqalə müsabiqəsində 40-a yaxın məktəbin şagirdləri iştirak etmişdir. Nəticələrə əsasən 4 nömrəli tam orta məktəbin şagirdi Məmmədov Şahlar I yerə, 28 nömrəli tam orta məktəbin şagirdi Əsgərli Gülay, 69 nömrəli tam orta məktəbin şagirdi Şəkiyeva Nəzrin, 113 nömrəli tam orta məktəbin şagirdi Quliyeva Həmidə II yerə, 72 nömrəli məktəb-liseyin şagirdi Eyvazova Zəhra, 155 nömrəli tam orta məktəbin şagirdi Vəlizadə Elay III yerə, 75, 80, 81, 96, 112, 130, 187, 259 və 309 nömrəli tam orta məktəbin şagirdləri isə "FƏRQLƏNMƏYƏ" layiq görülmüşdür.

Ətraflı

Konfrans keçirildi08.05.2021-ci il tarixdə Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Humanitar bölmə, Coğrafiya kafedraları üzrə Microsoft Teams Platforması üzərindən “Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Daha sonra giriş sözü olaraq Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev çıxış edərək elmi-praktiki konfrans haqqında məlumat verdi. Ardınca BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AzTU-nun Abituriyentlərlə və tələbələrlə iş üzrə sektorunun müdiri Əsmər Nəbiyeva çıxış edərək, öz dəyərli fikirlərini konfrans iştirakçıları ilə bölüşdülər. Konfransın gündəliyinə əsasən adları siyahıda qeyd olunan şəxslərin çıxışları baş tutmuşdur : 1. 305 nömrəli tam orta məktəbin şagirdi - Əlizadə Ayan (təqdimat); 2. 215 nömrəli tam orta məktəbin direktoru - Cavad Mustafayev; 3. 75 nömrəli tam orta məktəbin direktoru - Həqiqət Bayramova; 4. 90 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi - Ramilə Məmmədli; 5. 252 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi – Jalə Gülalıyeva; 6. 74 nömrəli tam orta məktəbin şagirdi – Ülkər Əsgərova; 7. 75 nömrəli tam orta məktəbin şagirdi – Nuray Quliyeva; 8. 215 nömrəli tam orta məktəbin şagirdi – Aydan İsrayılova Qeyd: Konfransda 200-dən çox şəxs(47 məktəb üzrə müəllim, şagird) iştirak etmişdir.

Ətraflı

Zərifə Əliyeva - oftalmologiya elminin inkişafında müstəsna xidmətləri" adlı elmi-praktiki konfrans28.04.2021- ci il Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən " Zərifə Əliyeva - oftalmologiya elminin inkişafında müstəsna xidmətləri" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladılmışdır. Ardınca Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri , YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev konfransın gündəliyi barədə iştirakçılara məlumat verdi. Daha sonra Ardınca 128 nömrəli tam orta məktəbin “Kiçik Akademiya"sının hazırladığı videoçarxa baxış oldu. Konfransın gündəliyinə uyğun olaraq 112 nömrəli tam orta məktəbin direktor müavini İlahə Abdullazadə, 107 nömrəli tam orta məktəbin direktoru Jalə Məhərrəmova, 169 nömrəli tam orta məktəbin direktor müavini Fərman Əmirov, 78 nömrəli tam orta məktəbin “Kiçik Akademiya” rəhbəri, biologiya müəllimi Elşad Əliyev, 112 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”sının Kimya-Biologiya kafedralarının məsləhətçi müəllimi Lətifə Mustafazadə, 72 nömrəli məktəb-liseyin biologiya müəllimi Nərgiz Mikayılova, 255 nömrəli tam orta məktəbin şagirdi Tahir Yaqubov, 72 nömrəli məktəb-liseyin şagirdi Bəhrəmov Emil, 78 nömrəli tam orta məktəbin şagirdi Şəfa İbrahimova və 112 nömrəli tam orta məktəbin şagirdi Əlizadə Dərya mövzu ilə əlaqədar olaraq hazırladıqları təqdimatlardan, elmi-məqalələrdən istifadə edərək çıxışlar etdilər. Konfransda 200-ə yaxın şəxs iştirak edirdi. #zərifəəliyeva

Ətraflı

Biologiya kafedraları üzrə keçirilən layihə müsabiqəsiSabunçu Regional "Kiçik Akademiya"sının, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə 08 aprel - 15 aprel tarixlərində Biologiya kafedraları üzrə keçirilən layihə müsabiqəsinin nəticələri bəlli olmuşdur. Müsabiqədə - ə yaxın şəxs iştirak edirdi. Layihələr yaradılmış komissiya tərəfindən müəyyən edilmiş meyarlar əsasında yoxlanılmışdır. Layihədə iştirak edən digər şəxslər isə iştirakçı sertifikatı ilə təltif olundular. Layihənin keçirilməsində əsas məqsəd məktəblərdə "Kiçik Akademiya"ların bölmələr , kafedralar üzrə işlərin düzgün aparılması, genişləndirilməsidir. Qalib olan hər bir kəsi təbrik edir, iştirakçılara uğurlar arzu edirik !

Ətraflı

"Nizami Gəncəvi -dünya ədəbiyyatının incisi"aldı konfrans18.04.2021- ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Nizami Gəncəvi İli"nin elan olunması ilə əlaqədar "Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfransda 100 - ə yaxın müəllim, şagird , gənclər iştirak edirdi. Konfransı giriş sözü sözü ilə Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini , 4 nömrəli VMA-nın prezidenti Sərxan Şahverdiyev başladı. Daha sonra 130 nömrəli tam orta məktəbin şagirdi Babayeva Esmiranın hazırladığı videoçarxa baxış oldu. Ardınca Sabunçu İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, A.X.Y. adına 112 nömrəli tam orta məktəbin TTİ üzrə direktor müavini, ibtidai sinif müəllimi İlahə Abdullazadə , 169 nömrəli tam orta məktəbin TTİ üzrə direktor müavini Fərman Əmirov , elmi-məqalə müsabiqəsinin qalib müəllimləri ; Aysel Vəlizadə (255 nömrəli tam orta məktəb), Məmmədli Sevinc (307 nömrəli tam orta məktəb), Manaflı Mehri (128 nömrəli tam orta məktəb), Qəmbərova Məhsəti (113 nömrəli tam orta məktəb), Vəliyeva Humay ( 155 nömrəli tam orta məktəb), elmi-məqalə müsabiqəsinin qalib şagirdləri ; Tağızadə Rəhiməxanım (96 nömrəli tam orta məktəb), Rüstəmova Aysu (142 nömrəli tam orta məktəb) Bahar Həmidova (271 nömrəli tam orta məktəb) yazdıqları məqalələri üzrə çıxış etdilər.

Ətraflı

Aprel döyüşlərinə gedən yol03.04.2021-ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı elmi-praktiki konfrans təşkil olunmuşdur. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladılmışdır. Ardınca YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini, Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri , 4 nömrəli VMA-nın prezidenti Sərxan Şahverdiyev giriş sözü ilə konfransı davam etdirdi. Sabunçu Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, A.X.Y adına 112 nömrəli tam orta məktəb Tİ üzrə direktor müavini, ibtidai sinif müəllimi İlahə Abdullazadə "Aprel döyüşləri Zəfər Tariximizin toxumaları" adlı məqaləsi ilə çıxış etdi. 107 nömrəli tam orta məktəbin direktoru Məhərrəmova Jalə "Aprel döyüşlərinin Zəfər Tarixinə inteqrasiyası" adlı məqaləsi ilə çıxış etdi. Daha sonra 72 nömrəli tam orta məktəbin 10 "A" sinif şagirdi Bəhramov Emil hazırladığı videoçarxı konfrans iştirakçılarına təqdim etdi. Konfransda 100 - ə yaxın məktəb rəhbərliyi, KA rəhbərləri, müəllimlər, gənclər, şagirdlər iştirak etmişdir. #apreldöyüşləri #zəfərtariximiz #sabunçuregionalakademiya #yapsabunçugənclərbirliyi

Ətraflı

Ağıllı Büdcə lahiyəsinin bağlanış mərasimi və poster yarışı01.02.2020 – ci il tarixində Landmark otelin "Ratunda"zalında Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun mailiyə dəstəyi ilə həyata keçirilən Ağıllı Büdcə lahiyəsinin bağlanış mərasimi və poster yarışı keçirildi. Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində icra edilən lahiyədə ümumilikdə 10 tam orta ümumtəhsil müəssəsindən 314 nəfər şagird iştirak etmişdi. Lahiyənin iştirak üçün 155 nömrəli tam orta məktəb də seçilmişdir. Ağıllı Büdcə lahiyəsində 155 nömrəli tam orta məktəb 3 komanda ilə iştirak edirdi. Komandalarımız mövzular üzrə posterlər hazırladılar. 1-ci komandamızın posteri " Pulunun hara getdiyini düşünməkdənsə, hara gedəcəyini planlaşdır” mövzusu üzrə ən yaxşı təqdimatla qalib gədilər. 2-ci komandamızın posteri "Təhlükələri qabaqcadan görə bilməzsən amma özünü onlardan qoruya bilərsən” mövzusu üzrə ən yaxşı təqdimatla qalib gəldilər. 2-ci komandamızın posteri yenidən ən yaxşı dizayın üzrə qalib gədilər. Sonda Komandalarımıza 3 naminasiya üzrə hədiyyələr təqdim olundu.

Ətraflı

9c sinif şagirdi Ağayeva Ayşən Xəyyam qızıAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Sabunçu Rayon Gənclər və İdman İdarəsi 20 yanvar faciəsinin XXX ildönümünə həsr olunmuş "20yanvar faciəsi tariximizin şərəfi və qəhrəmanlıq səhifəsidir" mövzusunda Sabunçu rayon orta ümumitəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş rəsm müsabiqəsində Kiçik Akademiyanın üzvü 9c sinif şagirdi Ağayeva Ayşən Xəyyam qızı lll yeri tutduğuna görə Diplomla təltif edildi.

Ətraflı

İntellektual olimpiadanın I turu20.12.2019-cu il tarixdə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş intellektual olimpiadanın I turu 170 nömrəli tam orta məktəbdə keçirildi. Olimpiada BŞTİ-nin, Sabunçu Gənclər evinin,Sabunçu rayonu üzrə Regional Akademiyanın, ADMİU TGT-nin, 112 nömrəli tam orta məktəbin, Edu Grata təhsil mərkəzinin təşkilatçılığı ilə baş tutdu.

Ətraflı

“Kiçik Akademiya” rəhbərləri üçün təlimlər keçirildi“Kiçik Akademiya” rəhbərləri üçün təlimlər layihəsinin həyata keçirilməsinin əsas məqsədi Akademiya rəhbərlərinin təlimlərə cəlb olunaraq “Kiçik Akademiya” daxilində icra olunan fəaliyyətin sistemli və düzgün həyata keçirə bilməsini təmin edə bilməkdir. Bu istedadlı şagirdlərin üzə çıxarılması və onlarla həyata keçirilən işlərin keyfiyyətinə birbaşa təsir göstərəcəkdir. İcra planına uyğun olaraq “Kiçik Akademiya” rəhbərlərinə təlimlər başlandı. 20.09-20.12.2019-cu il tarixdə 60 № -li məktəbdə Yasamal, Nərimanov, Binəqədi, Nəsimi və Səbail rayon ümumtəhsil məktəblərinin akademiya prezidentlərinə təlim keçirildi. Təlimi “Sabahın Alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza komitəsinin rəhbəri fizika üzrə fəlsəfə doktoru Samir Orucov apardı.

Ətraflı

“Kiçik Akademiya”lar arasında regional iclas keçirildi10.09.2019 – cu il tarixdə “Kiçik Akademiya”lar arasında regional üzrə əlaqələrin genişləndirilməsi, tədris ili üzrə görüləcək işlər haqqında məlumatların əldə edilməsi, fikir mübadilələrinin aparılması məqsədi ilə iclas keçirildi. İclasda KA prezidentləri və vitse –prezidentleri iştirak edirdilər, Kiçik Akademiyanın fəaliyyət planı müzakirə edildi və yeni fikirlər dinlənildi.

Ətraflı

“KİÇİK AKADEMİYA”LAR ARASINDA İNTELLEKTUAL OLİMPİADADA FİNAL TURU112 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”sının təşkilatçılığı, Sabunçu Gənclər Evi və ADMİU TGT – nın tərəfdaşlığı ilə keçirilən “İnsan Hüquqları Aylığı” na həsr olunmuş “Kiçik Akademiya”lar arasında intellektual olimpiadada final tuturunda uğurla iştiraklarına görə məktəbin komandası sertifikatla təltif olunur.

Ətraflı

“İnsan hüquqları aylığı” na həsr olunmuş “Kiçik Akdemiya”lar arası intellektual olimpiada keçirilmişdir24.05.2019-cu il tarixdə Sabunçu rayonu üzrə “İnsan hüquqları aylığı” na həsr olunmuş “Kiçik Akdemiya”lar arası intellektual olimpiada keçirilmişdir. Olimpiada sualları müxtəlif məktəblərdən təhkim olunmuş Riyaziyyat –məntiq, həyat bilgisi –tarix müəllimləri tərəfindən tam obyektiv və şəffaf şəkildə yoxlanılmışdır. Ən yüksək bal toplamış 10 məktəbin içərisində 155 N – li tam orta məktəbin Dahilər komandası 04.06.2019-cu il tarixdə keçiriləcək final turunda iştirak edəcəklər.

Ətraflı

"Sinir sistemi xəstəlikləri" mövzusunda seminar keçirildiKiçik Akademiyanın fəalliyəti davam edir. Məktəbin 10a sinif şagirdi akademist Nurane Qasımova "Sinir sistemi xəstəlikləri" mövzusunda seminar verdi. Semiranda məktəbin direktoru Ruhiyyə İbrahimova və psixoloq Nigar Rüstəmzadə iştirak edirdi.

Ətraflı

8c sinif şagirdi Akademist Nilufər Məmmədli “Kosmos” haqqında seminar keçdi.8c sinif şagirdi Akademist Nilufər Məmmədli “Kosmos” haqqında seminar keçdi. Seminarda məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Rəfiqə Hacıyeva, riyaziyyat müəllimi Qənirə Məmmədova, coğrafiya müəllimi Afiq İsmayılov və UBR rəhbəri Arzu Məmmədova iştirak edirdi. Seminarda Kosmosun möcuzələrindən, o cümlədən qara dəliklər, soxulan dəlikləri, ağ dəliklər, dünyanın yaranması, dünyanın üzləşdiyi problemlər hətta İnterstellar filmi haqda müzakirələr və təqdimat oldu.

Ətraflı

Antuan de Sent Ekzüperinin “Balaca Şahzadə” əsərini müzakirə etdilərKiçik akademiyanın fəaliyyəti çərçivəsində akadeniyanın prezidenti Nigar Rüstəmzadənin təşkilatçılığı ilə akademistlər Antuan de Sent Ekzüperinin “Balaca Şahzadə” əsərini müzakirə etdilər. Əsər müzakirəsində məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Rəfiqə Hacıyeva və Vəfa Məmmədova iştirak edirdi.

Ətraflı

“Hüquqlarımızı bilirikmi?” adlı seminar keçirildiAkademist 8c sinif şagirdi Qəhrəmanlı Fatimə “Hüquqlarımızı bilirikmi?”adlı seminar keçdi. Seminarda məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Rəfiqə Hacıyeva,psixoloq Nigar Rüstəmzadə, UBR rəhbəri Arzu Məmmədova iştirak edirdi. Seminarda uşaq hüquqları və vəzifələri haqqında şagirdləri məlumatlandırdı.Sonda şagirdlər mövzu ilə əlaqədar suallar verdilər.

Ətraflı

Kiçik AkademiyaBu gün məktəbdə Kiçik Akademiya yaradılması üçün seminar keçirildi. Seminarda məktəbin direktoru Ruhiyyə İbrahimova, psixoloq Nigar Rüstəmzadə və VIII ,IX, X sinif şagirdləri iştirak edirdi. Giriş sözü ilə çıxış edən direktor Ruhiyyə İbrahimova iştirakçıları Kiçik Akademiyanın əsasnaməsi ilə tanış edərək onun məktəbdə əhəmiyyətindən, şagirdlərin elmi – tədqiqat işlərinə cəlb edilməsi haqqında məlumat verildi.

Ətraflı
HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Əzəmət Gözəlova Sərdar

Əli Səfərəliyev Valeh

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Əzəmət Gözəlova Sərdar

Əli Səfərəliyev Valeh

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi