Aprel döyüşlərinə gedən yol

03.04.2021-ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı elmi-praktiki konfrans təşkil olunmuşdur. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladılmışdır. Ardınca YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini, Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri , 4 nömrəli VMA-nın prezidenti Sərxan Şahverdiyev giriş sözü ilə konfransı davam etdirdi. Sabunçu Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, A.X.Y adına 112 nömrəli tam orta məktəb Tİ üzrə direktor müavini, ibtidai sinif müəllimi İlahə Abdullazadə "Aprel döyüşləri Zəfər Tariximizin toxumaları" adlı məqaləsi ilə çıxış etdi. 107 nömrəli tam orta məktəbin direktoru Məhərrəmova Jalə "Aprel döyüşlərinin Zəfər Tarixinə inteqrasiyası" adlı məqaləsi ilə çıxış etdi. Daha sonra 72 nömrəli tam orta məktəbin 10 "A" sinif şagirdi Bəhramov Emil hazırladığı videoçarxı konfrans iştirakçılarına təqdim etdi. Konfransda 100 - ə yaxın məktəb rəhbərliyi, KA rəhbərləri, müəllimlər, gənclər, şagirdlər iştirak etmişdir. #apreldöyüşləri #zəfərtariximiz #sabunçuregionalakademiya #yapsabunçugənclərbirliyi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi