Məktəb 5 günlük iş həftəsi ilə 2 növbədə fəaliyyət göstərir.
Təhsil ocağı 26 yanvar 1996–cı ildən məktəbin şəhid məzunu Cəlal Cavad oğlu Məmmədyarovun adını daşıyır.
Məktəbin ikinci korpusu 2013 - cü ildə istifadəyə verilmişdir.
Məktəbdə təhsil alan 1036 şagirdin təlim - tərbiyəsi ilə 62 nəfər pedaqoji işçi məşğul olur.
Vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq, müstəqil və yaradıcı düşüncəyə malik, milli-mənəvi keyfiyyətləri dəyərləndirməyi bacaran, hərtərəfli inkişaf etmiş bir vətəndaş, bir şəxsiyyət yetişdirmək məktəb kollektivinin prioritet istiqamətlərindəndir.
Məktəb tədris keyfiyyətinin yüksəldilməsi, məktəblilərin bilik, bacarıq qabiliyyətlərinin artırılması, onların asudə vaxtlarının səmərəli təşkili, mənəvi və fiziki tərbiyələrinin, dünyagörüşlərinin, mədəni davranışlarının, kreativ düşüncə tərzlərinin formalaşması məqsədilə bir sıra pedaqoji, mədəni-kütləvi tədbirlər həyata keçirir.
Məktəb 1936 - cı ildən uyğunlaşdırılmış binada yerləşir, 26 Yanvar 1996 – ci ildən Sabunçu RTŞ – nin əmrinə əsasən 155 № tam orta məktəbə məktəbin şəhid məzunu Cəlal Cavad oğlu Məmmədyarovun adı verilmişdir. Məktəb V günlük iş həftəsi ilə I növbədə fəaliyyət göstərir. Məktəbin ikinci korpusu 2013 - cü ildə istifadəyə verilmişdir. Məktəbdə təhsil alan . 862 Şagirdin təlim - tərbiyəsi ilə 66 nəfər əsas, 1 nəfər əvəzçi pedaqoji işçi məşğul olur. Məktəbin pedaqoji kollektivi vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməyə çalışır. Ünvan: Sabunçu qəsəbəsi S.M.Əfəndiyev küç - 42; Əlaqə nömrəsi: (012) - 450 - 20 - 06; Email: [email protected]; Skype: [email protected]