"Kiçik Akademiya"ların 2 mərhələdə rayon konfransı
22.11.2023-cü il tarixində Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə Sabunçu rayonu ümumtəhsil müəssisələrinin "Kiçik Akademiya"larının 2 mərhələdə rayon konfransı təşkil olunmuşdur.
Rayon konfrasında 47 məktəbdən 39 məktəb iştirak etmiş, 8 məktəb isə üzrlü səbəblərdən iştirak edə bilməmişdir.
Məktəbin 8c sinif şagirdi Aslanova Fatimə “Qarabağ ərazilərinin su ehtiyyatlarının çirklənmə dərəcəsi və fəsadları” mövzusunda tədqiqat işi aparmış və çıxışını bu mövzuda təqdim etmişdir.
Araşdırma zamanı ağır metaların həddindən artıq qəbulu prosesində insan orqanizmində baş verən fəsadlar, xəstəliklər, işğal zamanı ekoloji terrora məruz qalan və ekosistemin kəskin dəyişilməsi ilə müşahidə olunan çay və digər su ehtiyatlarımız, işğaldan azad olunan torpaqlarla birlikdə azad etdiyimiz su mənbələrinin əhəmiyyəti və gələcək layihələr barədə qısaca məlumat verildi.
Çıxış zamanı münsifləri maraqlandıran suallar cavablandırıldı.
Xatırladaq ki, çıxış Sabunçu rayon üzrə ümumtəhsil məktəblərində keçirilən rayon konfransında 307 nömrəli tam orta məktəbdə keçirilmişdir.
Nəticələr BŞTİ-yə də təqdim olunmuşdur. Nəticələrə əsasən 8c sinif şagirdi Fatimə Aslanova "Qarabağ ərazilərinin su ehtiyyatlarının çirklənmə dərəcəsi və fəsadları" mövzusunda tədqiqat işinə görə Təşəkkürnamə ilə təltif olundu.